Mobil versiya
Əbədi Vətən sevgisi
Tarix: 04-12-2023 | Saat: 10:57
Bölmə:Özəl | çapa göndər

Əbədi Vətən sevgisi

(Vasif Abıyevin torpağa qovuşduğu gündən 3 il ötdü)
Vasif Vaqif oğlu Abıyev Vətən, torpaq uğrunda şəhidlik zirvəsinə ucaldığı üçün 34 illik ömür yolu hamımıza örnək oldu. Lənkəranın Nərimanabad qəsəbəsində boya-başa çatan igidin doğma Azərbaycana olan sevgisi Uca Tanrıdan gəlirdi. Bəlkə buna görə də erməni dığalardan canından əziz sandığı yurdunun qisasını almaq onun əsas arzusu idi. Odur ki, Lənkəran elinin mərd oğlu Vasif İkinci Qarabağ müharibəsi başlanan gündən çəkinmədən ölüm-dirim savaşına atılır, düşmənin dərsini verməklə adını şanlı tariximizə yazır...
Bəli, Vasif işiqlı qayələrlə, xeyirxah, xoş əməllərə can ata-ata orta məktəbi bitirir. 2004-cü ildə ordu sıralarına çağırılır. Cəbhə xəttində düşmənlə qarşı-qarşı Vətənin keşiyində durur. Dığalardan qisas alacağı günü həyəcan içində gözləyir. Hər an əzəli yurd yerimiz Qarabağ torpaqların azadlığını düşünən əsgər hərbi təlimlərdə fəal olur, komandirlərin göstərişlərinə dəqiqliklə əməl edir, yüksək döyüş hazırlığı qazanır. Onu əsgər və zabitlərə sevdirən igidliyi, mərdliyi, ən əsası Vətənə layiqli xidməti olur.
Müddətli həqiqi xidməti başa vurduqdan sonra Vasif doğma elində cəmiyyət üçün gərəkli işlər görə-görə bir daha insanların gözündə ucalır. Nəhayət, İkinci Qarabağ müharibəsi başlanır. Vətənə cəsur oğullar lazım olanda o, könüllü özünü birincilər sırasında qabağa verir. Elə ilk döyüşü zəfərlə bitir. Daha sonra Murovdağ, Füzuli, Xocavənd istiqamətində qəhrəmanlıq səhifəsi yazır. Vasif dəfələrlə ölümlə üz-üzə gəlir, lakin igid əsgər bir addım da geri çəkilmir. Əksinə yüksək döyüş ustalığı onun silahdaşlarını da qələbəyə doğru aparır. Vətənə olan sevgisini isə hər savaşda neçə-neçə erməni quldurunu cəhənnəmə vasil etməklə bildirir.
5 oktyabrda Vasif sonuncu dəfə döyüşə girir. Özü şəhid olsa da, qan tökdüyü yerdə Azərbaycanın qələbə bayrağı dalğalanır. Sağlığında Vətən, torpaq uğrunda can verməyi özünə şərəf bilən Vasifin adı xalqın qəhrəmanlıq simvoluna dönür. Dövlət tərəfindən isə ölümündən sonra layiq görüldüyü “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Xocavəndin, Füzulinin azadlığına görə medalları doğmalarına onun əsl qəhrəman olduğunu göstərən nümunədir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-07-2024