Cənab Prezident İlham Əliyev Dubayda COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılışında çıxış edib
Tarix: 03-12-2023 | Saat: 12:37
Bölmə:Özəl | çapa göndər
Dövlət başçısı İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri, Dünya İqlim Fəaliyyəti Sammitində iştirakı münasibətlərimizin bugününün və gələcəyinin aydın mənzərəsini təqdim edir
Azərbaycanın xarici siyasət uğurları istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin yeni prioritetlər üzrə inkişafında özünü nümayiş etdirir. Azərbaycan müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlər üçün ideal məkan seçilməklə yanaşı, digər ölkələrdə də təşkil edilən tədbirlərin iştirakçısı olur, təcrübəni paylaşır, müəyyənləşdirilən hədəflərə zamanında nail olmaq üçün təşəbbüslərini irəli sürür. Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində səfərdədir. Dekabrın 1-də sözügedən Sammitin açılış mərasimi keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak etdi.
Prezident İlham Əliyevin cari ildə ilk xarici səfəri də məhz Birləşmiş Ərəb Əmirlikləri ilə başlamışdı. Cənab İlham Əliyevin həmin səfəri Əbu-Dabi Dayanıqlılıq Həftəsi adlı mötəbər tədbirdə iştirak etmək üçün baş tutmuşdu. Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər hazırda ən yüksək səviyyədədir və uğurla inkişaf edir. Bu səfər bir daha Azərbaycanın multikultural dəyərlərə və tolerantlığa önəm verdiyini, Avropa, Asiya ilə yanaşı, ərəb və İslam dünyası ilə də sıx əlaqədə maraqlı olduğundan xəbər verdi.
Dövlət başçısı İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Müstəqillik Günü ilə bağlı təbrik məktubunda da qeyd olunduğu kimi, dini və mədəni köklərlə bir-birinə bağlı olan Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi məmnunluq doğurur. Qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası əlaqələrimiz gündən-günə daha da möhkəmlənir, tərəfdaşlığımızın əhatə dairəsi genişlənir. Aramızdakı fəal siyasi dialoq qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafında mühüm rol oynayır. Ölkələrimizin dostluq ənənələrinin qorunub saxlanmasında, ikitərəfli münasibətlərimizin bugünkü səviyyəyə yüksəlməsində böyük əməyiniz vardır.
Birləşmiş Ərəb Əmirlikləri kimi dünyada enerji layihələrinin və iqtisadi proseslərin reallaşması prosesində önəmli rola malik olan ölkə ilə münasibətlərimiz təkcə siyasi deyil, eyni zamanda, iqtisadi baxımdan Azərbaycan üçün önəm kəsb edir. İşğaldan azad etdiyimiz ərazilər də daxil olmaqla, bütün ölkəmizdə hazırda yaşıl enerjinin, bərpa olunan enerji mənbələrinin istehsalı və mübadiləsi sahəsində həm regionda, həm də Avropa və Asiya qitələrində ölkəmizin rolu artmaqdadır. Hazırda formalaşmaqda olan yeni dünyada siyasi, iqtisadi və enerji düzəninin formalaşmasında Azərbaycanın rolu aydın şəkildə görünür. Azərbaycan artıq qeyri-neft sektorunun müxtəlif istiqamətlərini, o cümlədən də alternativ bərpa olunan enerji resurslarımızın istehsalı və ixracı sahəsini inkişaf etdirməklə bağlı qətiyyətli və prinsipial mövqe ortaya qoyub.
Özünün daxili enerji tələbatını ödəyən Azərbaycan, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatında əhəmiyətli rol oynayır. Ölkəmizin enerji siyasəti, yeni dövrün tələbi olan alternativ enerjidən istifadə ilə bağlı gördüyü işlər, eləcə də hədəfləri dünyanın diqqətindədir. Azərbaycanın yerləşdiyi coğrafi məkan, malik olduğu təbii resurslar daim diqqət mərkəzində olmasını şərtləndirən əsas amillər olub. Digər mühüm məqam isə həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasətin fonunda bu imkanlardan səmərəli istifadə etmək, ölkələr, xalqlar arasında körpü roluna yeni əlavələr etmək, reallaşdırılan layihələrlə nəinki iştirakçı, eyni zamanda, dünya dövlətlərinin dayanıqlı inkişafına dəstək olmaqdır. Azərbaycanın 1994-cü ildən bəri iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrlə regional inkişafa, dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri göz önündədir. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi ilə regional əməkdaşlığın əsası qoyuldu. İllər keçdikdən sonra əməkdaşlığın coğrafiyasının genişləndirilməsinə böyük zərurət duyuldu. Çoxtərəfli əməkdaşlağın başlanğıc nöqtəsi kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin 2014-cü ildə təməli qoyuldu və nəzərdə tutulduğu vaxtda- 2018-ci ildə rəsmi açılışı oldu. 2018-ci ildə Cənub Qaz Dəhlizinin əsas tərkib hissəsi olan TANAP, 2020-ci il dekabrın 31-də isə digər seqmenti TAP istifadəyə verildi. Dövlət başçısı İlham Əliyev daim çıxışlarında bildirir ki, Azərbaycan irəli sürdüyü hər bir layihənin uğurlu sonluqla başa çatmasında maraqlıdır və səylərin birəşlirilməsi fonunda buna nail olur.
Prezident İlham Əliyev 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında belə bir əminliyi də ifadə etmişdir ki, bu, böyük bir yolun, iki qardaş ölkənin böyük yolunun başlanğıcıdır. Bu gün nisbətən qısa zamanda - təxminən ilyarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının bu boş hissəsinin yaşıl enerji mənbəyinə çevrildiyini görəndə çox qürur duyuruq. Bu, əlamətdar nailiyyətdir. Azərbaycanın inkişafına verdiyi bu möhtəşəm töhfəyə, həmçinin yaşıl enerjiyə keçidlə bağlı ölkəmizə sadiqliyinə görə “Masdar”ı, onun rəhbərliyini təbrik edən cənab İlham Əliyev onu da əlavə etmişdir ki, Birləşmiş Ərəb Əmirlikləri hökumətinin dörd nazirinin bu mərasimdə iştirakı ölkələrimiz arasında qardaşlığın bariz nümunəsidir. Planlar genişdir. Mərhələlərlə 10 qiqavata qədər bərpa olunan enerji istehsal etmək üçün birgə işləmək planlaşdırılır. Bu, regionun enerji inkişafında tam bir inqilab olacaq. Azərbaycan yaşıl gündəliyə doğru irəliləyir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu, məqsədli seçimdir. Bu, təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər