Mobil versiya
Baş həkimin oğlunun öldüyü dəhşətli qəzanın - VİDEOSU
Tarix: 19-09-2016 | Saat: 12:21
Bölmə:Cəmiyyət | çapa göndər


Bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib


Göyçay rayonunda bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

Hadisə Bakı-Şamaxı-Yevlax yolunun 195-ci km-liyində, Göyçayın Qarayazı kəndi ərazisində qeydə alınıb.

Qaraməryəm kənd sakini, 1989-cu il təvəllüdlü Sultanov Zaur İsa oğlu idarə etdiyi "VAZ-21015" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən camışları vurub.

Avtomobil zərbənin təsirindən yoldan çıxaraq aşıb. Hadisə zamanı ağır bədən xəsarətləri alan Zaur Sultanov Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda ölüb.

Z. Sultanov Qaraməryəm Kənd Xəstəxanasının baş həkimi İsa Sultanovun oğludur.


Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024