Mobil versiya
Hindistanda kənd sakinləri pələngi “sehrli” bığları üçün döyərək öldürdülər
Tarix: 29-11-2023 | Saat: 09:34
Bölmə:Dünya | çapa göndər

Hindistanda kənd sakinləri pələngi “sehrli” bığları üçün döyərək öldürdülər

Hindistanda pələngi öldürməkdə şübhəli bilinən 11 yerli sakin həbs edilib.

Məlum olub ki, hər şeyə səbəb heyvanın “sehrli” bığları olub.

Madhya-Pradeş ştatının Şahdol kəndində yaşayan şəxslərin fikrincə, heyvanı müxtəlif xəstəlikləri sağalda bilən “sehrli” bığlarına, dişlərinə və caynaqlarına görə öldürüblər. Kəndlilər pələngi qabanları əkindən uzaqlaşdırmaq üçün nəzərdə tutulmuş tələyə - elektrikli çəpərə salıblar, sonra isə onu döyərək öldürüblər.

Sakinlər bildiriblər ki, pələng təsadüfən elektrik çəpərə ilişib. Onlar heyvanın yalnız ənənəvi dərman reseptlərində istifadə edilən hissələrini götürdüklərini iddia ediblər. Lakin Meşə Təsərrüfatı İdarəsinin müstəntiqləri bunun qəsdən öldürmə olduğunu düşünür və onları brakonyerlikdə ittiham edirlər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025