Mobil versiya
6 dövlətin vətəndaşları Çinə vizasız səfər edə biləcəklər
Tarix: 24-11-2023 | Saat: 16:00
Bölmə:Dünya | çapa göndər

6 dövlətin vətəndaşları Çinə vizasız səfər edə biləcəklər

Fransa, Almaniya, İtaliya, Hollandiya, İspaniya və Malayziya vətəndaşları adi pasportlarla 2023-cü il dekabrın 1-dən 2024-cü il noyabrın 30-dək Çinə vizasız səfər edə biləcəklər.

aia.az “China Daily”ə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib.

Onun sözlərinə görə, həmin ölkələrin vətəndaşları Çinə vizasız daxil ola və iş, turizm, ailə səfərləri və tranzit məqsədləri üçün 15 günədək bu ölkədə qala biləcəklər. Çin mediası bildirir ki, bu eksperiment xarakterlidir və nəticəyə uyğun olaraq gələcəkdə bunun daimi olub-olmaması barədə qərar veriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025