Mobil versiya
İrəvan sakinləri hökumət evinin qarşısında etiraz aksiyası keçirir
Tarix: 23-11-2023 | Saat: 10:48
Bölmə:Dünya | çapa göndər

İrəvan sakinləri hökumət evinin qarşısında etiraz aksiyası keçirir

İrəvanda səhər saatlarında Nazirlər Kabineti binasının 3-cü korpusunun qarşısında etiraz aksiyası keçirilir.

aia.az xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.

Məlumata görə, etiraza səbəb Ararat vadisində yeraltı su ehtiyatlarının həcminin azalması və onların keyfiyyətinin dəyişməsinin balıqçılıq təsərrüfatlarını təhdid etməsidir.

Bildirilib ki, noyabrın 22-də Ermənistan parlamenti belə təsərrüfatların yalnız iqtisadi dövriyyə sistemləri ilə işləməyə məcbur edən qanunun lehinə səs verib. Həmin sənədə əsasən, suyun yalnız 40 faizi təkrar istifadə oluna bilər. Sahibkarlar bu məsələyə etiraz ediblər./report

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025