Mobil versiya
Bu gün bu ərazilərdə qaz olmayacaq
Tarix: 16-09-2016 | Saat: 11:23
Bölmə:Karusel | çapa göndər

Bu gün bu ərazilərdə qaz olmayacaq


Abşeron, Ağdam və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Bu gün saat 09:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Şimal DRES", "Novxanı" və "Mehdiabad", Ağdam magistral qaz kəmərləri sahəsinin "Ağcabədi" və "Quzanlı", həmçinin Qazax magistral qaz kəmərləri sahəsinin "Gəncə-Körpü Tikinti-2" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Abşeron rayonunun Novxanı və Mehdiabad, Göygöl rayonunun Balçılıq və Qırıxlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrinin, eyni zamanda Ağcəbədi və Ağdam rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024