Mobil versiya
Bu dəfə Xaçmaz RQİİ-nin rəhbər şəxsləri Xudat şəhər sakinlərinin müraciətlərini qeydiyyata aldı
Tarix: 21-11-2023 | Saat: 17:53
Bölmə:Cəmiyyət | çapa göndər

Bu dəfə Xaçmaz RQİİ-nin rəhbər şəxsləri Xudat şəhər sakinlərinin müraciətlərini qeydiyyata aldı

Həftənin sayca 2-ci “Açıq mikrofon” aksiyası Xaçmaz rayonunda baş tutub. Rayonun Xudat şəhərində təşkil olunan “Səyyar qəbul otağı”na qatılan sakinlərdən cəmi 7 nəfəri mikrofon önünə çıxaraq müraciətlərini ünvanlayıb. Müraciətlərdən 2-si həyata keçirilən qazlaşmaya görə ölkə başçısı minnətdarlıqla bağlı olub. Digər 5 sakin isə fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib. Vətəndaşlara məlumat verilib ki, SOCAR-ın “Azəriqaz” İB-nin daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına, xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir. Mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi şəhid ailələrinə və qazilərə şamil edilir. Xaçmaz RQİİ-nin rəhbər şəxsləri aksiyada səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-07-2024