Mobil versiya
Yüksək təzyiqin daha bir səbəbi məlum oldu
Tarix: 06-10-2026 | Saat: 07:55
Bölmə:Ölkə | çapa göndər

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır.

aia.az xəbər verir ki, tədqiqatın nəticələri “Circulation Research” (CR) jurnalında dərc olunub.

Tədqiqatçılar beynin tənəffüsü idarə edən lateral parafasial sahəsini (pFL) araşdırıblar. Normalda bu zona fiziki gərginlik, öskürək və ya gülüş zamanı tənəffüs prosesini tənzimləyir. Lakin sıçovullar üzərində aparılan təcrübələr göstərib ki, hipertoniya zamanı bu sahənin neyronları qan damarlarına da birbaşa təsir göstərir.

Alimlər həmin hüceyrələri aktivləşdirdikdə simpatik sinir sisteminin işi güclənib, damarlar daralıb və təzyiq yüksəlib. Əksinə, hipertoniyadan əziyyət çəkən sıçovullarda bu sahənin fəaliyyəti bloklandıqda, təzyiq normaya düşüb.

Mütəxəssislərin fikrincə, bu kəşf yuxu apnoesi (yuxuda tənəffüsün dayanması) sindromunun nə üçün yüksək təzyiq riski yaratdığını da izah edir. Yuxuda nəfəs kəsildikdə qanda oksigen azalır, karbon qazı isə artır ki, bu da beynin həmin sahəsini fəallaşdırır.

Hazırda alimlər beynə birbaşa müdaxilə etmədən bu mexanizmə təsir göstərməyin təhlükəsiz yollarını axtarırlar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-10-2026