Mobil versiya
Azərbaycanda 10 günün gəlini müəmmalı şəkildə ölüb
Tarix: 16-09-2016 | Saat: 10:52
Bölmə:Cəmiyyət | çapa göndər



Zərdaba 10 gündür gəlin gələn qadın müəmmalı şəkildə dünyasını dəyişib. Hadisə dünən axşam saatlarında baş verib.

Ağsu rayonundan 10 gündür ki Zərdab rayonunun Məmmədqasımlı kəndinə gəlin gələn 1990-cı il təvəllüdlü Pərvanə Bulud qızı Zərbəliyeva ağır vəziyyətdə rayonun mərkəzi xəstəxanasına gətirilib. Xəstəxanadan verilən məlumata görə, şok vəziyyətdə xəstəxanaya daxil olan P. Zərbəliyevaya ilkin tibbi yardım göstərilib.

Yaxınlarının təkidi ilə xəstə şəxsi maşınları ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Ucar Mərkəzi Rayon Xəstəxanadan verilən məlumata görə, mərhum xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024