Mobil versiya
"Azad olunmuş ərazilərdə silahsızlaşdırma prosesi davam edir" - MN
Tarix: 20-11-2023 | Saat: 16:41
Bölmə:Manşet / Gündəm | çapa göndər

"Azad olunmuş ərazilərdə silahsızlaşdırma prosesi davam edir" -

İşğaldan azad olunmuş ərazilərdə 44 günlük müharibədən sonra 10000-dən çox piyada əleyhinə, 3000-dən çox tank əleyhinə minalar aşkarlanıb.

aia.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə brifinqi zamanı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov deyib.

O bildirib ki, bu ərazilərdə hələ də silahsızlaşdırma prosesi davam edir, yeni silah anbarları aşkarlanır.

“19 sentyabra qədər qeydiyyatdan keçirilmədən qeyri-qanuni yollarla bu ərazilərə silahlar daşınmağa davam edib. Erməni silahlı qüvvələri mülki insanlara dronların hərbi məqsədlə istifadəsi ilə bağlı təlimlər keçib ki, bu dronlar vasitəsilə Azərbaycanın hərbi və mülki infrastrukturuna zərbələr vurulsun”, - Anar Eyvazov deyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-12-2023