Mobil versiya
Ərdoğan bitərəf qalan 45 ölkənin lideri ilə müzakirə aparacaq
Tarix: 14-11-2023 | Saat: 10:02
Bölmə:Dünya | çapa göndər

Ərdoğan bitərəf qalan 45 ölkənin lideri ilə müzakirə aparacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tezliklə BMT Baş Assambleyasında Yaxın Şərqdə atəşkəslə bağlı qətnaməyə səsvermədə bitərəf qalan 45 ölkənin rəhbəri ilə telefon danışığı aparacaq.

aia.az xəbər verir ki, bu barədə hökumətyönlü "Yeni Şafak" qəzeti yazıb.

Türkiyə lideri həmçinin Rusiya ilə münaqişədə Ukraynanın tərəfini tutan, lakin Qəzza böhranının həllində bitərəf qalan ölkələrin tərəfdaşları ilə də danışmaq niyyətindədir.

Noyabrın 11-də Səudiyyə Ərəbistanında keçirilən İslam Əməkdaşlıq Təşkilatının fövqəladə zirvə toplantısından qayıdan Ərdoğan jurnalistlərə bildirib ki, İsrail və Fələstin arasındakı münaqişənin həlli üçün xarici tərəfdaşlarla telefon danışıqlarını intensivləşdirəcək. Türkiyə lideri qeyd edib ki, 121 ölkənin nümayəndəsi BMT-də Qəzza ilə bağlı qətnaməni dəstəkləyib və bu, İsrailin və onu dəstəkləyən ölkələrin azlıqda qaldığını göstərib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025