Mobil versiya
Gədəbəy rayonda Şəhidlərin məzarı ziyarət edilib -Fotolar
Tarix: 13-11-2023 | Saat: 13:28
Bölmə:Özəl / Seçki 2024 | çapa göndər

Gədəbəy rayonda Şəhidlərin məzarı ziyarət edilib

aia.az xəbər verir ki, 12.11.2023-ci il tarixində YAP Gədəbəy rayon Təşkilatının məsləhətçisi Xəyyam Vəliyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elçin Zeynalabdiyev, Gədəbəy rayon Cümə məscidinin imamı Rövşən Mustafayev eləcə də kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğurunda öz canından keçən Şəhidlərimiz- rayonun Qarıkənd kənd sakini Həsənov Etibar Ələddin oğlu və İnəkboğan kənd sakini Allahverdiyev Turxan Rəsul oğlunun üçüncü ildönümləri münasibətilə məzarları ziyarət edilərək xatirələri ehtiramla anılıdı, məzarları üzərinə gül dəsətələri düzüldü və ruhlarına dualar oxunudu. Ailələri ilə söhbətlər aparılıb onların qayğı və problemləri dinlənildi. Şəhid ailələri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə