Mobil versiya
Önəmli prinsiplərə sadiqlik
Tarix: 10-11-2023 | Saat: 20:21
Bölmə:Özəl / Seçki 2024 | çapa göndər

Önəmli prinsiplərə sadiqlik

Azərbaycan xarici siyasət strategiyasında hər zaman Beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik nümayiş etdirmişdir. Buna əsasən bütün danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirmişdir. İstər 44 günlük Vətən müharibəsindən öncə, istər postmünaqişə dövründə Azərbaycan bölgədə dayanıqlı sülhün tərəfdarı olmuşdur. Müzəffər Ali Baş Komandanımızın sarsılmaz iradəsi və ordumuzun şücayəti sayəsində 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbədən sonra Azərbaycan regionda yeni reallıqlar yaratdı və qalib tərəf kimi sülh gündəliyini diktə edən tərəf kimi dəyişməz mövqeyini nümayiş etdirdi.
Bu gün Azərbaycanın siyasi və iqtisadi potensialı artmışdır. Ölkəmiz regionda söz sahibi olan dövlətə çevrilmişdir, Beynəlxalq siyasət səhnəsində nüfuzu və mövqeyi daha da möhkəmlənmişdir.
Xüsusi ilə qeyd etmək lazımdır ki, həyata keçirilən siyasət ölkəmizin müstəqil, dünyəvi və demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləməsinə, regionda həlledici söz sahibi olmasına, bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli zəmin yaratmışdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan regionda, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas təminatçısıdır. Oktyabrın 31-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərində ölkə Prezidenti cənab İlham Əliyev işgüzar səfərdə olmuşdur. Həm ikitərəfli, həm də Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüşlərdə dövlətimizin dəyişməz mövqeyini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Bu isə Azərbaycanın müstəqil siyasət yürüdən nüfuzlu dövlət olmasının bariz sübutu idi.
Görüşün məqsədi Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi prinsiplərindən ibarət idi.
Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, iki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə ilə çoxillik münaqişəyə son qoyulmaqla Qarabağ münaqişəsi artıq tarixdə qalsa da, indi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq vaxtı yetişmişdir və bu məsələdə Rusiya Federasiyasının Prezidentinin rolu yüksək qiymətləndirilməlidir.
Məlumdur ki, Prezident cənab İlham Əliyev Ermənistanla sülh müqaviləsinin bağlanması üçün 5 prinsip təklif edib və Prezident İlham Əliyev oktyabrın 31-də Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə ikitərəfli görüşdə bu məsələni bir daha xatırlatmışdır.
Azərbaycan nisbətən yaxın vaxtlarda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olan 5 əsas prinsipi irəli sürmüşdür. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür.
Bu gün Azərbaycan bölgədə sülhün, təhlükəsizliyin əsas qarantıdır və Prezident cənab İlham Əliyev Soçi görüşündə Azərbaycanın prinsipial, qətiyyətli mövqeyini növbəti dəfə uğurla müdafiə etdi.

Fatimə Talıbzadə Astan,
Azərbaycan Dövlət Pedaqoji Universiteti



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə