Mobil versiya
Bayraq günü
Tarix: 09-11-2023 | Saat: 18:21
Bölmə:Gündəm / Özəl | çapa göndər

Bayraq günü

Bu, bir həqiqətdir ki, əsrlər boyu Azərbaycan xalqı müstəqil dövlət qurmaq, onun
atributlarını qoruyub saxlamaq arzusunda olub. Lakin Azərbaycanın yerləşdiyi
ərazinin geosiyasi əhəmiyyəti hər zaman böyük dövlətlərin buraya olan marağını
artırıb. Ona görə də Azərbaycan uzun əsrlər boyu böyük dövlətlərin işğalına
məruz qalıb, əsarət altında, məhz həmin güclərin bayraqları altında yaşamaq
məcburiyyətində olub. Amma tarixinə, milli adət-ənənələrinə, zəngin
mədəniyyətinə bağlılığı Azərbaycan xalqının dövlətçilik ənənələrinin məhv
olmasına imkan verməyib. I Dünya müharibəsindən sonra xalqımız müstəqil
dövlət formalaşdırmaq şansı əldə edib və dövlətçilik ənənələrinin yaşadılması
istiqamətində tarixi addımlar atıb.
Müasir, müstəqil Azərbaycan Respublikasının milli dövlətçilik ənənələri və
dəyərləri müstəqilliyimizin atributiv rəmzi olan bayrağımızda əks olunmuşdur.
Üçrəngli bayrağımız haqqında ilk qərar Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər
Şurası tərəfindən 1918-ci il noyabrın 9-da qəbul olunub. Nazirlər Şurasının sədri
Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl,
qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq
qəbul edilsin”.
Qeyd edək ki, Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi
zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl
rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə
səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olması və türkçülük ideyası ilə
bağlıdır. Qırmızı rəng - müasirlik, azadlıq, inkişaf və müstəqilliyi tərənnüm edir.
Yaşıl rəng - İslam sivilizasiyasına, İslam dininə mənsubluğu ifadə edir. Bu bayraq
1920-ci ilin aprelinə qədər Azərbaycanın dövlət rəmzi olub.
Ümummilli lider Heydər Əliyevin səyi nəticəsində dövlətçiliyimizin mühüm
atributlarından olan milli bayrağımız qəbul olundu
Üçrəngli bayrağımız Dağlıq Qarabağ ətrafında cərəyan edən hadisələr zamanı
qeyri-rəsmi olaraq ziyalılarımızın təklifi ilə 1988-ci ildə Azadlıq meydanında
dalğalandırılıb. 1990-cı il noyabr ayının 17-də isə Naxçıvan Muxtar
Respublikasının Ali Məclisinin Ümummilli lider Heydər Əliyevin Sədrliyi ilə
keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı ilk dəfə olaraq
salona gətirildi və Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı elan olundu.
1991-ci ildə xalqın tələbi ilə Ali Sovet “Dövlət bayrağı haqqında” Qanun qəbul etdi
və üçrəngli bayrağımıza Azərbaycan Respublikasının dövlət bayrağı statusunu
verdi. Daha dəqiq desək, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali
Soveti Naxçıvanda Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda
Dövlət Bayrağı Meydanının yaradılması barədə Sərəncam imzalamışdı. Həmin il
dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası
yaxınlığında Dövlət Bayrağı Meydanının təməli qoyulub. Meydan üçün seçilmiş
yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrində görünməsinə imkan

yaradır. İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2,
bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220
tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450
kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları
təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən
hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda qurulmuş Azərbaycan
Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna
salınmış bürüncdən hazırlanıb. Bu dövlət rəmzləri Bayraq Meydanının
görkəminin möhtəşəmliyini daha da artırıb, onun görünüşünə əlavə çalarlar
qatıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyi də
yaradılıb. Muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş
dövlətlərin, xanlıqların, o cümlədən, İrəvan xanlığının bərpa olunmuş bayraqları,
həmçinin, XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan
Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, poçt markaları,
pul nişanlarının nümunələri, orden və medalları, Ümummilli lider Heydər
Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması
və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini
əks etdirən çoxsaylı fotolar və sənədlər, Ulu öndər Heydər Əliyevin və Prezident
İlham Əliyevin ali dövləti vəzifəyə seçildikdən sonra andiçmə mərasimlərində
öpdükləri dövlət bayraqları, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı,
Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri
nümayiş olunur.
Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının
Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Bu
Sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı
Günü kimi qeyd edilir.
Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik
nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər,
mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda,
mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm
etdirir. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının
istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə
qanunvericilik bazası təkmilləşdirilib.

Rəhimli Lamiyə
Nəsimi rayon gənci



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-01-2025