Mobil versiya
Hacıqabulda ağır qəza: Ölən var
Tarix: 09-09-2016 | Saat: 12:27
Bölmə:Cəmiyyət | çapa göndər



Bakı-Qazax yolunun 122-ci kilometrliyində, Hacıqabul rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib, ölən və yaralananlar var.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “MAN” markalı 50 ZA 177 dövlət nömrə nişanlı ağır tonnajlı yük maşını “Mercedes” markalı 66 BJ 952 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində “Mercedes”də olanlardan 1 nəfər hadisə yerində ölüb, 5 nəfər isə müxtəlif xəsarətlərlə Şirvan şəhər xəstəxanasına çatdırılıb.

Faktla əlaqədar araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə