Şərəflə yerinə yetirilən tarixi missiya
Tarix: 07-11-2023 | Saat: 13:58
Bölmə:Özəl | çapa göndər
Əbədiyaşar şəxsiyyət, xalqımızın Ümummilli Lideri, Ulu öndər Heydər Əliyev bu sözləri Dünya Azərbaycanlılarının 2001-ci ilin noyabr ayında keçirilən I Qurultayında demişdi-“Əmin olduğumu bildirmək istəyirəm ki, biz bu münaqişənin də ləğv olunmasına, aradan götürülməsinə nail olacağıq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır, işğal olunmuş torpaqlar azad ediləcək, yerindən-yurdundan didərgin düşmüş qaçqınlar öz doğma torpaqlarına qayıdacaqlar”.Prezident İlham Əliyevin bütövlükdə 20 il ərzində həyata keçirdiyi uğurlu daxili siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi mənafeyinə xidmət göstərmişdir. Təkcə daxili siyasətdə deyil, xarici siyasətdə də varislik prinsipi qorunub saxlanılmışdır. Başqa sözlə, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu çoxvektorlu, müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirir. Milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil edir. Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında birinci mövqedə dayanan amil Prezident İlham Əliyevin beynəlxalq siyasətin aktoru statusuna yüksəlməsi reallığı ilə bağlıdır.
2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri İkinci Qarabağ müharibəsini şərtləndirdi. İyulun 12-də Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində erməni vandallarının təxribatının qarşısı qətiyyətlə alındı. 2020-ci il sentyabrın 27-də cəbhənin bütün istiqamətləri boyunca təxribatlara əl atan Ermənistan tarixinin ən səhv gedişini etdi. O səhv ki, işğalçı ölkəyə hələ uzun illər sağalmayacaq sarsıdıcı, ölümcül zərbə vurdu. Düşmənin təxribatına cavab olaraq Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan Ordusuna illərlə gözlənilən əmri verdi - irəli! Azərbaycan Ordusu Müzəffər Komandanın "Dəmir yumruq" əməliyyatının icrasına başladı. Prezident-Xalq-Ordu birliyi Azərbaycanı şanlı qələbəyə apardı. Sentyabrın 27-dən başlanan Zəfər yürüşü noyabrın 8-də Qarabağın ürəyi - Şuşada reallaşdı.Bu uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında yer aldı. 44 günlük Vətən müharibəsi xalqımızın gücü, mənəvi keyfiyyətləri bizim düşməndən qat-qat üstün olduğumuzu bir daha subut etdi. Vətən müharibəsində şanlı Zəfər qazanan Azərbaycan bu gün tarixdə olmadığı qədər güclü və qüvvətlidir. Artıq müharibə dövrü geridə qalıb. Postmünaqişə dövründə isə gündəliyi Azərbaycan diktə edir və regionda baş verən bütün ictimai-siyasi proseslər, regional layihələr dövlətimizin bilavasitə iştirakı ilə mümkün olur.Dağlıq Qarabağ münaqişəsi deyilən bir məfhum artıq tarixə qovuşub. Azərbaycan özünün sülh gündəliyini təqdim edib. Qısa zamanda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalı, bu bölgədə daimi və qalıcı sülhün təminatına zəmin formalaşmalıdır.
2021-ci il iyun ayının 15-də Milli Qurtuluş Günündə Azərbaycan və Türkiyə prezidentləri Şuşadan dünyaya daha bir mesaj ünvanladılar. Şuşa Bəyannaməsini imzalayan qardaş prezidentlər bəyan etdilər ki, Azərbaycan və Türkiyə birliyi sarsılmazdır, əbədidir. Şuşa Bəyannaməsində ən önəmli məqamlardan biri də odur ki, bundan sonra iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi məqamda iki qardaş dövlət bir-birini qoruyacaq.Prezident İlham Əliyev 30 illik işğal dövründən sonra Şuşadan dünyaya mesaj verdi ki, beynəlxalq təşkilatların illərlə həll edə bilmədikləri məsələni Azərbaycan öz gücünə cəmi 44 günə bitirdi, işğalçı, terrorçu qruplaşmalar Azərbaycan torpaqlarından qovuldu. Azərbaycan Ordusu sentyabrın 27-dən noyabrın 9-dək davam edən savaşda 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin 4 milyard dollardan artıq silah-sursatı, hərbi texnikası məhv edildi. Düşmənə məxsus xeyli sayda zirehli texnika, silah-sursat, yük avtomobilləri hərbi qənimət kimi götürüldü. Bu gün onların hamısı Qənimətlər Parkında nümayiş etdirilir.Müzəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yenilməz Azərbaycan ordusu torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. 2020-ci il noyabr ayının 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə, noyabrın 10-da prezidentlər İlham Əliyevin, Vladimir Putinin və baş nazir Nikol Paşinyanın imzaladığı üçtərəfli Bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiyası aktı oldu. Noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu bir güllə belə atılmadan, bir nəfər şəhid vermədən işğaldan azad olundu. Onu da xüsusi olaraq qeyd edək ki, ermənilər hərbi qarşıdurma reallığında öz ənənəvi xislətlərinə sadiq idilər: onlar döyüş meydanını qoyub-qaçır, cəbhə xəttindən xeyli kənarda yerləşən şəhər və kəndlərimizi atəşə tutur, dinc sakinləri qətlə yetirirdilər.
Cəsur Azərbaycan Ordusu isə düşmənin yalnız hərbi qüvvələrinə və obyektlərinə zərbə endirir, mülki əhalini və obyektləri hədəfə almırdı. Erməni daşnakları çirkin əməllərindən əl çəkmir, sərhədlərimizdə təxribatlarını davam etdirirdilər. Məhz buna görə də, 2023-cü il sentyabrın 19-da Ordumuz lokal antiterror tədbirləri həyata keçirdi, separatçı qüvvələr zərərsizləşdirildi, onların çoxlu sayda silah və sursatları məhv edildi, erməni quldur dəstələri ağ bayraq qaldırmağa məcbur oldu, haylar dəstə-dəstə yurdumuzu tərk etdilər. vətən müharibəsində Azərbaycanın şanlı zəfəri, Ermənistanın isə acınacaqlı məğlubiyyəti "Dağlıq Qarabağ"ın statusunun müəyyən edilməsi məsələsinin üstündən birdəfəlik xətt çəkdi, tarixi Azərbaycan torpaqlarında yeni erməni dövlətinin qurulması planlarını darmadağın etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-01-2025
15-01-2025