Jurnalistlər Yaponiya Xarici İşlər Nazirliyinin rəhbərinə Ukrayna ilə bağlı sual verməyi “unudular”
Tarix: 07-11-2023 | Saat: 13:18
Bölmə:Özəl | çapa göndər
Yaponiyanın xarici işlər naziri Yoko Kamikavanın G7 nazirlərinin görüşü ərəfəsində keçirilən mətbuat konfransında jurnalistlər Fələstin-İsrail münaqişəsinə diqqət yetirərək Ukrayna ilə bağlı bir sual da vermədilər. Bu barədə RİA Novosti məlumat yayıb.
Bu, Yaponiya Xarici İşlər Nazirliyinin rəhbərinin mətbuat konfransının əvvəlində G7 ölkələrinin “dünyaya güclü mesaj verməklə” Ukraynanı dəstəkləməkdə birlik nümayiş etdirməli olduğunu vurğulamasına baxmayaraq baş verib.Bununla belə, müzakirə mövzularını sadalayan Yaponiyanın xarici işlər naziri Fələstin-İsrail münaqişəsinə xüsusi diqqət yetirərək, Ukrayna böhranını “dəfələrlə müzakirə edilən digər mühüm mövzu” kimi qeyd edib.
Eyni zamanda, jurnalistlərin verdiyi beş sualdan dördü bu və ya digər şəkildə Qəzza zolağındakı vəziyyətlə bağlı, biri isə Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə sabaha planlaşdırılan sessiyaya həsr olunub.Oktyabrın 7-də Fələstinin Həmas hərəkatı İsrail ərazisinə raket zərbəsi endirib, sərhədyanı qəsəbələrə daxil olub və insanları girov götürüb. Bu hərəkətlərə cavab olaraq İsrail hakimiyyəti ölkənin müharibə vəziyyətinə düşdüyünü bəyan edib və İsrail hərbçiləri Qəzza zolağına raket və bombalı hücumlara başlayıb. İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı tam qələbəyə qədər davam edəcək.Noyabrın 6-da BMT-nin baş katibi Antonio Quterreş növbəti dəfə İsrail və HƏMAS-ı atəşkəsə çağırıb. Bu gün HƏMAS-ın tibbi xidmətləri, oktyabrın 7-dən bəri Qəzza zolağında on mindən çox insanın öldüyünü, onlardan 4100-ü uşaq olduğunu bildirdi. Bundan əlavə, BMT-nin məlumatına görə, dörd həftəlik müharibə zamanı son üç onillikdə baş verən hər hansı digər münaqişədən daha çox jurnalist və əməkdaş öldürülüb. Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı 2022-ci il fevralın 24-dən davam edir. Rusiya prezidenti Vladimir Putin onun məqsədini “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” adlandırıb.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-01-2025