İŞİD Türk tankını belə vurdu - VİDEO
Tarix: 09-09-2016 | Saat: 12:05
Bölmə:Parlament | çapa göndər
Xəbər verildiyi kimi sentyabrın 6-da Suriyanın şimalında gedən döyüşlərdə İŞİD terror qruplaşması Türkiyə ordusunun iki tankını vurub. Nəticədə 3 əsgər həlak olub, 4-ü yaralanıb.
Virtualaz.org xəbər verir ki, terrorçular tankların vurulmasını əks etdirən görüntüləri internetdə yayıblar. Belə məlum olur ki, tanklara eyni mövqedən bir-birinin ardınca “Kornet” tank əleyhinə idarəolunan raketlə atəş açılıb. Hər iki raket hədəfə dəyib. Bu, Rusiya istehsalı olan raketlərdir və Yaxın Şərq ölkələrinə, o cümlədən İraq və Suriyaya ixrac edilib.
Kadrlara əsasən Ər-Rai qəsəbəsi yaxınlığında mövqe tutan tanklardan ikisi vurulandan sonra digərləri mövqelərini dəyişib. Hədəf alınan tanklar Türkiyə ordusunun sərəncamında olan, Amerika istehsalı M60 Patton tanklarıdır. Bu tanklar 2000-ci illərin əvvəllərində İsraildə modernləşdirilib. Onlara Almaniya istehsalı olan yeni mühərrik və transmissiya qoyulub, 120 mm-lik topla təchiz edilib, dinamik müdafiə sistemi və teplovizor qoyulub.
[media=https://youtu.be/-B25oXeUuDo]
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025