Mobil versiya
Azərbaycanda toy yasa döndü
Tarix: 07-09-2016 | Saat: 13:02
Bölmə:Cəmiyyət | çapa göndər



Canpolad Hüseynov 20 il məhkumluq həyatı yaşayıb və həbsxanadan azadlığa bu yaxınlarda çıxıb
İsmayıllı rayonunda qətl hadisəsi törədən şəxs xəstəxanadan qaçıb. APA-nın xəbərinə görə, hadisə bu gün axşam saat 20:00 radələrində rayonun Topçu kəndində keçirilən toy mərasimində qeydə alınıb. Kənd sakini, 1976-cı il təvəllüdlü Hüseynov Canpolad Firudin oğlu toy mərasimində spirtli içki qəbul etdikdən sonra şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı bibisi oğlu, 1976-cı il təvəllüdlü Feyzullayev Hikmət Kazım oğluna çoxsaylı bıçaq xəsarətləri yetirib. Döş qəfəsi, qarın boşluğu və sol bud nahiyəsindən 3 bıçaq xəsarəti alan Hikmət Feyzullayev təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da orada dünyasını dəyişib.

Hadisəni törədən Canpolad Hüseynov bıçaqlanma zamanı öz əlindən xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Həkimlər ona tibbi yardım göstərib. Canpolad Hüseynov bibisi oğlunun öldüyünü eşidərək xəstəxanadan qaçıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları qətli törədən Canpolad Hüseynovun tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.
Qeyd edək ki, Canpolad Hüseynov 20 il məhkumluq həyatı yaşayıb və həbsxanadan azadlığa bu yaxınlarda çıxıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024