Mobil versiya
Zəfər tariximizi yazan Zabil
Tarix: 31-10-2023 | Saat: 09:46
Bölmə:Özəl | çapa göndər

Zəfər tariximizi yazan Zabil

İndi Lerikin Biləvər kəndində, eləcə də bütün rayonda Zabil Tələt oğlu Azadlının adı Vətənə, torpağa sədaqət rəmzi kimi dillər əzbəridir. Elin igid oğlu Zabil  İkinci Qarabağ müharibəsində  30 il erməni əsarətində olan əzəli Azərbaycan torpaqlarının azad edilməsində göstərdiyi qəhrəmanlıqla  tarixin  şanlı səhifəsində  özünə layiqli yer tutub.
Məhz Vətən naminə ölüm-dirim savaşında  böyük zəfərimiz Zabiltək qəlbi sevdalı minlərlə  mərd igidin qanı bahasına qazanıldı. Lerikli balası “Təki Vətən sağ olsun!”- deyib  sinəsini  düşmən gülləsinə  sipər edəndə  ömrünün  21-ci  baharını yaşayırdı. Bu həyatdan tez getdi, amma Vətənə, xalqa olan övladlıq  borcunu şərəflə verdi. Qısa, olduqca mənalı, dəyərli ömrü saflıq, paklıq dünyasına dönüb ürəklərdə özünə əbədi yurd-yuva qurdu. Elə dövlət tərəfindən layiq görüldüyü  “Vətən uğrunda” medalı da  onun sağlığında Vətəninə ilahi sevginin bir nişanıdır...   
Uşaqlıqdan elinə, yurduna məhəbbət ruhunda böyüyən Zabil orta məktəbi ”əla” qiymətlərlə başa vurur. Yüksək zəkası, istedadı, vətənpərvərliyi, əxlaqi keyfiyyətləri onun parlaq gələcəyindən xəbər verir. Arzusu ali təhsil almaq olsa da, birinci ordu sıralarına getməyə üstünlük verir.    Zabil 3 ay kəşfiyyat  bölüyündə xidmət edir.  Xidmət zamanı qorxmaz, intizamlı əsgər olaraq fərqlənir. Daha sonra Ağstafada Ermənistanla sərhəddə Vətənin keşiyində  ayıq-sayıq dayanır.
Zabil  ordudan tərxis olunan kimi Azərbaycan Kooperasiya Universitetinin  İngilis dili (tərcüməçi ) fakültəsinə yüksək balla qəbul olur. Ali təhsil alıb xalqına, elinə fayda vermək əzmi  ilə oxusa da, Qarabağın dığalar tərəfindən işğalına dözə bilmir, müharibə başladığı təqdirdə  ön sırada olacağına and içir. Belə də alınır. 27 sentyabrda İkinci Qarabağ müharibəsi başlayanda  könüllü qeydiyyatdan keçir və  Vətən üçün hər an canında keçməyə hazır duran igid oğlanların sırasında müvafiq hərbi hissəyə yollanır. Zabil  bir müddət Ağcabədidə təlim keçib, dığalara qarşı döyüşmək üçün Füzuliyə gedir. Qaraxanbəyli, Merdinli  kəndlərində dığalara qan qusduraraq əsl  Azərbaycan oğlu olduğunu sübut edir. Hər qazanılan qələbə Zabili canından artıq bildiyi Vətənə daha ürəkdən bağlayır. 8 oktyabr döyüşündə düşmənə çoxlu itki verən igid əsgər  özü də şəhidlik zirvəsinə ucalır. Və bu şərəfli ölüm addım-addım zəfərimizə yan alan Ordumuza  bir qorxmazlıq dərsi  olur...

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025