Zakir Fərəcov Sumqayıtın icra başçısı təyin olunub.
Tarix: 02-09-2015 | Saat: 19:23
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər
![Zakir Fərəcov Sumqayıtın icra başçısı təyin olunub.](/uploads/posts/2015-09/1441203858_1441201869_zakir-fe.jpg)
Bildiyiniz kimi, prezident İlham Əliyevin sərəncamı ilə Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtın icra başçısı təyin olunub.
Sumqayıtın yeni icra başçısını tanıyaq.
Fərəcov Zakir Fərəc oğlu 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olub.
1961-1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil alıb. Əmək fəaliyyətini 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlayıb. 1972-ci ilin noyabr ayından 1974-cü ilin noyabr ayınadək Murmansk vilayətinin Severomorsk şəhərində keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmətdə olub.
1971-ci ilin yanvar ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik kimi işə başlayıb. 1975-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrufatı İnstitutunun "Sənaye İqtisadiyyatı" fakültəsisin axşam şöbəsinə daxil olub, 1980-cı ildə həmin İnstitutu bitirib.
1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal İstehsalat birliyinə baş direktor təyin olunub.
1999-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak edib və Sumqayıt şəhər bələdiyyəsinin sədri seçilib.
2005-ci ilin avqust ayının 11-də Azərbaycan Respublikası Prezidentin 956 saylı Sərəncamı ilə Abşeron rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Ailəlidir, 4 qızı, 1 oğlu, 5 nəvəsi var.
Qeyd edək ki, Z. Fərəcovu Sumqayıt ictimaiyyəti yaxşı tanıyır. O, da Sumqayıt ictimaiyyətinin tanıdığı şəxsdir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-02-2025