Mobil versiya
Sumqayıt İcra Hakimiyyətindən Eldar Əzizovla bağlı – AÇIQLAMA
Tarix: 02-09-2015 | Saat: 12:24
Bölmə:Siyasət / Aia TV / Karusel | çapa göndər


Qurumdan yayılan məlumatlara münasibət bildirdilər.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov iş başındadır.

Bu barədə Oxu.Az-a Sumqayıt Şəhər İcra Hakimiyyətidən məlumat veriblər.

İcra Hakimiyyətindən bildiriblər ki, Eldar Əzizovun icra başçısı vəzifəsindən azad edilməsi tamamilə yanlış informasiyadır:

“Yerli KİV-də yanlış məlumat yayılıb. Eldar Əzizov işdən çıxarılmayıb. O, iş başındadır”.

Qeyd edək ki, yerli KİV-də yayılan məlumata görə, Sumqayıtın icra başçsı Eldar Əzizov postundan azad edilib, o Bakının Nizami rayonuna rəhbər aparılıb. Digər məlumata görə, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtın icra başçısı təyin olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024