"Ermənilər Yaxın Şərqdəki terrorçuların metodlarından istifadə edirdilər" - Komitə sədri
Tarix: 22-09-2023 | Saat: 16:11
Bölmə:Gündəm | çapa göndər
Müdafiə Nazirliyinin antiterror tədbirlərindən yaydığı videoların bir neçəsində erməni silahlı dəstələrinin hərbi hədəfləri mülki ərazilərdə yerləşdirdiyi görünürdü. Həmçinin, Qarabağ bölgəsindəki dinc əhalini məcburi qaydada silahlandıraraq döyüş mövqelərinə cəlb etməyə çalışırdılar.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov "Unikal"a açıqlamasında bildirib ki, ermənilər Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində də bu addımları atırdılar, xəstəxanaların, digər mülki obyektlərin yaxınlığında raketlər yerləşdirirdilər.
"Şahidi olduq ki, ermənilər Yaxın Şərqdəki terroristlərin metodlarından istifadə edir, ağır texnikaları məktəblərin həyətində, əhalinin arasında gizlədirlər ki, ora Azərbaycan Ordusu atəş açmasın. Amma özləri oradan atəş açırlar ki, onlara cavab zərbəsi endiriləndə dinc sakinlər həlak olsunlar və bütün dünyaya car çəksinlər ki, dinc sakinlər ölür. Bu, tipik erməni metodur. Yenə də istifadə etməyə çalışdılar ki, bir neçə dinc sakin ölsün. Lakin mülki şəxslər və heç bir mülki obyekt Silahlı Qüvvələrimiz tərəfindən hədəfə alınmadı, yalnız legitim hərbi hədəflər zərərsizləşdirildi. Ordumuz yüksək dəqiqliyə malik silahlardan istifadə edərək buna nail oldular", - deyə deputat bildirib.
Onun sözlərinə görə, bir neçə görüntü təqdim olundu ki, erməni silahlı birləşmələrinin döyüş mövqelərində mülki avtomobillər və şəxslər olduğu üçün hərbçilərimiz oranı vurmayıb:
"Ermənilər əhalini maşınlara doldurub hərbi hədəflərin yanında saxlayırdılar. Onlar üçün mülki şəxslərin fərqi yoxdur. Yalnız öz şəxsi maraqları var və o da həyata keçməyəndə bu məsələ onlar üçün əhəmiyyət daşımır".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024