Hamımızın sədaqətinin, inamının günü
Tarix: 03-10-2026 | Saat: 17:00
Bölmə:Siyasət | çapa göndər

Ermənistanın ərazi iddiası elan edilmədən başlayan müharibə oldu. Bu işğalçılıq müharibəsi I Qarabağ müharibəsi kimi tarixləşdi. Azərbaycançılığın erməniliklə müharibəsi genişləndikcə siyasi və hərbi havadarlarının aşkar, gizlin köməyindən istifadə edən Ermənistan Azəbaycanın ərazisinin 20 faizini işğal etdi. Cəbrayıl rayonu –1 şəhər, 4 qəsəbə, 92 kənd 1993-cü il avqustun 23-də işğal olunmuşdu. İşğal nəticəsində bu yaşayış məntəqələri tamam talanmışdı, dağıdılmışdı. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olmuşdu, döyüşlərdə göstərdiyi şücaətə, qəhrəmanlığa görə 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü.
Müharibə qanunlarına əməl etməyən Ermənistan Cəbrayıl rayonu ərazisində Azərbaycanın tarixi abidələrini də məhv edirdi, bu, müqayisəyəgəlməz vandallıq idi: Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağında Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji abidələri, Dağtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Çələbilər kəndindəki Məscid kompleksi, … məhv edilmişdi, dağıdılmışdı, Xudafərin körpülərinə ciddi xəsarətlər dəymişdi…
Cəbrayıl rayonu ərazisində işğaldan ilk azad edilən kənd Cocuq Mərcanlı kəndi oldu. Azərbaycan Ordusunun hissələrinin 1994-cü il yanvar ayının 5-də Horadiz əməliyyatında azad etdiyi bu kənd yenidən quruldu, sakinlər kəndə qayıtdı. Böyük qayıdışın başlanğıcı olan bu qayıdış Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunacağına zəmanəti idi.
BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyən Ermənistan regionda mövcud status-kvonu saxlamağa çalışır, Azərbaycanın sülh təkliflərindən, danışıqlardan yayınır, yeni ərazilər işğal etmək niyyəti ilə Azərbaycanın ərazilərinə hücumlar edirdi. Belə hücumlardan biri 2020-ci il sentyabrın 27-də oldu. Azərbaycan ordusunun hissələri hücumun qarşısını qətiyyətlə aldı, Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi. Bu əmr II Qarabağ müharibəsinin başlanması əmri oldu. Azərbaycan Ordusu döyüşə-döyüşə düşmənin illərlə yaratdığı, möhkəmləndirdiyi, yenilədiyi müdafiə sistemini darmadağın etdi, müharibənin ilk günü mühüm qələbələr qazandı. Bu qələbələr ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığını daha da yüksəltdi.
II Qarabağ müharibəsi xalqın müharibəsi idi. Xalqa müraciətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik".
Bütün istiqamətlərdə döyüşlər gedirdi. Cəbrayıl rayonu ərazisində döyüşlərdə qələbələr müxtəlif vaxtlarda qazanıldı. Müharibənin ilk günü Böyük Mərcanlı, Nüzgar kəndləri işğaldan azad edildi. Digər kəndlər, şəhər sonrakı döyüşlərdə, oktyabrın 4-də azad edildi.
Düşmənin Cəbrayıl ərazisində qurduğu bir neçə xətdən ibarət mürəkkəb istehkamlar döyüşün gedişini çətinləşdirsə də Azərbaycan Ordusunun hissələri bu maneəni mərdliklə dəf etməklə Cəbrayılı azad etməli, bu qələbə ilə müharibənin gedişində əsaslı dönüş yaratmalı idi. Yüksək döyüş hazırlığı, böyük Vətən sevgisi bu hərbi tapşırığın qətiyyətlə yerinə yetirilməsini təmin etdi.
Cəbrayılın işğaldan azad edilməsi həm də strateji əhəmiyyətə malik oldu: ordu hissələrimiz Xocavənd rayonunun cənub kəndləri, Hadrut qəsəbəsi istiqamətində uğurlu əməliyyat apardı. Zəngilanın cənub hissəsi işğaldan azad olundu…
Tariximizin bir dövrü, bir hissəsi Xudafərin körpüsü ilə bağlıdır. Səfəvilər dövlətinin tarixində Xudafərin körpüsünün rolu danılmazdır. Qızılbaşları mübarizədən dövlətə aparmış bu körpüdə qalibiyyət bayrağını Ali Baş Komandan dalğalandırdı…
2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi.
İkinci Qarabağ müahribəsində qazanılan tarixi Zəfərdən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. Bu sərəncam Azərbaycan dövlətçiliyinə böyük ehtiramın təzahürü kimi tarixləşdi. Bu sərəncama əsasən oktyabrın 4-ü Cəbrayıl şəhəri günü elan olundu. Həmin gün döyüşənlərə, şəhid olanlara ehtiramın ümumiləşdirildiyi gün kimi yaşanılır…
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan azad edilmiş rayonlarda dəfələrlə olub, hər səfər bu ərazilərdə quruculuq işlərinin bir mərhələsi kimi tarixləşib. Belə səfərlər Cəbrayıla da dəfələrlə olub. Bu səfərlərdə dövlət başçımız Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında, “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlqoyma mərasimində, Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimində, “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”nin, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimlərində, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməlinin qoyulması mərasimində, Cəbrayıl rayonunun Soltanlı kəndində “AzərEnerji” ASC-nin 330 kV-luq “Şəfəq” yarımstansiyasının açılışında və s. iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayılda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı da keçirdi. Bunlar istər Azərbaycan dövlətçiliyi tarixində, istər vətənpərvərlik duyğularının yüksəlişində son dərəcədə tarixi hadisələr oldu…
Cəbrayıl şəhəri günü Azərbaycan dövlətçiliyinə sədaqətin, Azərbaycanın daha nurlu sabahlarına inamın günüdür. O sədaqət hamımızın sədaqətidir, o inam hamımızın inamımızdır...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-10-2026