Mobil versiya
Albaniyanın Baş nazirindən SENSASİON AÇIQLAMA: "Ukraynaya Aİ vədləri yalandır..."
Tarix: 03-10-2026 | Saat: 16:00
Bölmə:Dünya | çapa göndər

Albaniyanın Baş nazirindən SENSASİON AÇIQLAMA: "Ukraynaya Aİ vədləri yalandır..."


Albaniyanın Baş naziri Edi Rama "Welt am Sonntag" nəşrinə verdiyi müsahibədə Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması perspektivləri ilə bağlı kəskin və qalmaqallı bəyanatla çıxış edib.

aia.az xəbər verir ki, Albaniya hökumətinin rəhbəri Ukraynaya verilən üzvlük vədlərinin reallığı əks etdirmədiyini bildirib.

Edi Rama müsahibəsində Aİ-nin mövqeyini açıq şəkildə tənqid edərək deyib: "Ukraynaya verilən vədlər yalandır. Bütün standart və kriteriyaların tələb olunduğu adi üzvlük proseduru çərçivəsində onu heç vaxt İttifaqa qəbul etməyəcəklər. Bunu hamı çox yaxşı bilir".

Albaniya Baş naziri Ukrayna üçün tamhüquqlu üzvlüyə aparan fərqli və xüsusi bir yolun təklif olunmasını məqsədəuyğun hesab edib. Rama fikrini əsaslandırmaq üçün Almaniyanın birləşməsi nümunəsini çəkib və qeyd edib ki, Berlin divarı yıxıldıqdan sonra Helmut Kol Şərqi Almaniya sakinlərindən 33 danışıqlar fəslini keçməyi tələb etməmişdi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-10-2026