Mobil versiya
“Qan ver, yaşat!” devizi altında aksiya
Tarix: 30-08-2023 | Saat: 09:11
Bölmə:Özəl | çapa göndər

“Qan ver, yaşat!” devizi altında aksiya

Azərbaycanımızın cənub qapısı sayılan Astara Rayon Mərkəzi Xəstəxanasında talassemiyalı və hemofiliyalı xəstələrə dəstək məqsədilə qanvermə aksiyası keçirilib. “Qan ver, yaşat!” devizi altında reallaşan aksiyada Astara Rayon Polis Şöbəsinin şəxsi heyəti daha fəal olub.
Həkim-hemotoloqların iştirakı ilə keçirilən aksiyada hər bir donorun qanvermədən əvvəl sağlamlığı tam şəkildə öyrənilib. Belə ki, aksiyaya qoşulanlardan tibbi müayinədən sonra qan götürülüb. Toplanan qanı bir daha laboratoriya müayinəsindən keçirib, irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025