Leş ətindən dönər - 1 manat 50 qəpiyə…
Tarix: 15-08-2016 | Saat: 14:40
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Manatın dollara nisbətən ucuzlaşmasından sonra bağlanan bəzi mağaza, kafe və köşklər profilini dəyişərək dönərxanalara çevrilib
İndi xüsusilə ticarət mərkəzləri və bazarlarda hər addımbaşı dönərxanalara rast gəlinir. Üzərinə “halal dönər” yazılmış, iki nəfərin güclə sığışdığı, təxminən 2-3 kvadrat metr sahəsi olan dönərxanalarda nə su, nə də kanalizasiya xətti var. Sahibkarlığın inkişafı üçün yoxlamaların 2 il müddətində dayandırılması da dönər biznesi ilə məşğul olanların işinə yarayıb. Dönərin hazırlanmasında istifadə edilən ətin mənşəyi isə bəlli deyil.
Yayda toyuq dönəri infeksiyaya daha çox meylli olur. Amma satıcılar toyuq dönərinə təlabatın daha çox olduğunu deyirlər. Ümumiyyətlə, sayt əməkdaşlarının baş çəkdiyi dönərxanalarda ətin mənşəyini təsdiq edən sənəd göstərilməyib.
Paytaxtın Nizami rayonu, Cavanşir küçəsində yerləşən “Maşın bazarı”nda balaca köşkdə dönər hazırlanır. Dönər üçün istifadə edilən ət isə kiçik soyuducuya güclə yerləşdirilmiş qabda saxlanılır. Satıcı bəlkə də alınandan yuyulmayan parça ilə əvvəl taxtanı, sonra isə əllərini silərək dönəri çörəyin arasına doldurulur. Əvvəlcədən doğranmış xiyar, pomidor və göyərtinin yuyulmadığı bəlli olur.
Satıcı sualımıza “bazarda çalışanların çoxu burdan dönər alır. Kimdir xiyarın yuyulub-yuyulmadığına baxan? Biz kənddə heç xiyarı, pomidoru yumuruq”, - cavabını verir.
Satıcı ətin mənşəyini təsdiq edən sənədlərin olmadığını, bütün bazarlığın köşk sahibi tərəfindən həll edildiyini də deyir.
Növbəti baş çəkdiyimiz ünvan 8-ci kilometr qəsəbəsindəki bazar oldu. Bazarda iki dönərxana fəaliyyət göstərir. “Biz əti elə bu bazardan alırıq. Ona görə də, nə sənəd, nə də arayışa ehtiyac qalmır”, - deyə bazarın girəcəyində dönər satan Seymur deyir.
Çörəyin içərisinə əti qoyandan sonra alnından süzülən təri silən Seymur dönəri alıcıya uzadır. Amma nə alıcı, nə də sifariş verənlər bu mənzərədən narazı görünmürlər.
Dönərxanada su kranı yoxdur. Xiyar, pomidor və digər qida məhsullarının, həmçinin zəruri ləvazimatın necə yuyulduğunu soruşuruq. Digər satıcı su şüşələrin göstərir. Görünür bu satıcılardan heç kim əlcək, xalat tələb etməyib.
Suraxanı rayonu, Zığ qəsəbəsinə gedən yolda dönərxana var. Daha doğrusu, əvvəl ev alqı-satqı mərkəzi kimi fəaliyyət göstərən obyekt son 1-2 aydır dönərxana olub. Dönər üçün istifadə edilən ət dönərxananın yanında yerləşən sallaqxanadan alınır. Hər halda, satıcı belə iddia edir. Hə, ət sallaqxanasından söz düşmüşkən, bu sallaqxanada hər gün tezdən iribuynuzlu heyvan kəsilir. Daha doğrusu, heyvan sallaqxana ilə dönərxananın qarşısında yerləşən maşın yuma məntəqəsində (moyka) kəsilir, yuyulur, sonra isə mağazaya daşınır. Amma heyvanın başı, dərisi saatlarla küçədə qalır. Buna görə də, ərazi sahibsiz itlərin məskəninə çevrilib.
Digər kiçik dönərxanalar kimi, burada da su kranı, əl yumağa xüsusi yer yoxdur. Amma satıcı deyir ki, alver olarsa, gələcəkdə dönərxanın sahəsini genişləndirməyə, su çəkdirməyə çalışacaqlar. “Hələlik alver zəifdir. Bəlkə dərs açılandan sonra uşaqlara görə alver oldu. Qazancımız olsa, su da çəkdirəcəyik”, - deyə satıcı vəd verir.
Bu arada, metronun “Neftçilər” stansiyasının yaxınlığında iki dönərxana var. Obyektlərin biri dönərxanaya çevrilməzdən əvvəl orada ayaqqabı təmiri ilə məşğul olublar. Satıcıların əynindəki xalatın üzərindəki çirk təmizliyə nə qədər riayət olunduğunu sübut edir. Yəni görünən dağa bələdçi lazım deyil.
Metronun “28 may” stansiyasının yaxınlığında da dönərxanalar var. Məsələn, 28 may küçəsindəki dönərxananın sahibi Sənan Mehralıyev ölkəyə gətirilən dondurulmuş ətdən istifadə edildiyini çəkinmədən deyir: “Mağazalardan dondurulmuş ət alırıq. Kim təzə kəsilmiş ətdən istifadə etdiyini deyirsə yalan danışır. 1 manat 80 qəpik - 2 manata satılan dönər təzə kəsilmiş ətdən hazırlana bilməz”.
S.Mehralıyev deyir ki, 1 manat 50 qəpikdən aşağı dönər satanlar rayonlardan gətirilmiş iylənmiş ətlərdən istifadə edirlər. “Guya ki, bunu heç kim bilmir? Rayonlardan gətirilən iylənmiş at, eşşək əti satanlar digər dönərxanaların da işinə mane olur. Buna görə də, elə yoxlamalar olsa yaxşıdır”.
Son vaxtlar halal adı ilə reklamların siyahısı artıb. Metronun “20 yanvar” stansiyasının çıxışındakı “Halal dönər” satıcısına yaxınlaşırıq. Satıcı dönərin halal olduğunu söyləsə də, bunu izah etməyə çətinlik çəkir. “Bizdən hamı dönər alır, dindarlar da. Hamımız namaz qılırıq”.
Yəqin ki, küçənin ortasında uşaqların gözü qarşısında heyvan kəsib qanını yola axıdanlardan, natəmiz ərazilərdə dönər satanlardan heç kim “halal”ın izahatını istəməyib.
Bu arada, “Metro park”, “28 Mall”, “Park Bulvar” kimi iri ticarət mərkəzlərində də toyuq ətindən dönər satılır. Bu mərkəzlərdə dönərin hazırlanmasında istifadə edilən ətin mənşəyi bəlli, keyfiyyəti zəmanətli ola bilər. Amma toyuq ətindən dönər hazırlanmasına qoyulan qadağa hər kəs və bütün iş adamları üçün keçərlidir.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, toyuq dönəri satan şəxslərə qarşı 400 manatadək cərimələr nəzərdə tutulub. Son vaxtlar yoxlamalar dayandırıldığından yəqin ki, cərimələnənlər də azalıb. Bundan əlavə, sanitar tələblərə, dönərxanaların sahəsinə, dönər hazırlanması standartlarına riayət etməyən obyektlərin sahiblərinə qarşı cərimələr nəzərdə tutulub. Amma natəmiz ərazilər, iylənmiş ət və infeksiya saçan dönərçilərin varlığı cəzasızlığın olduğunu söyləməyə əsas verir. Belə dönərxanalarda at. Eşşək, at, ölmüş heyvan ətindən dönər hazırlandığına da şübhə etmirik.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024