Lavrov Bakıya gəlir: işğaldakı 7 rayon müzakirədə
Tarix: 01-09-2015 | Saat: 17:20
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər
Lavrovun Bakıya səfəri iki mühüm hadisəyə təsadüf edir.
Bu sözləri Axar.az-a açıqlamasında bu yaxınlarda Rusiya xarici işlər nazirinin Bakıya gözlənilən səfərini şərh edərkən politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşaviri bildirib ki, Lavrov Azərbaycana həm müəyyən şirnikdirici vədlər, həm də təlqinedici təkliflər verə bilər:
“Antalyada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşü və burada Trans-Xəzər layihəsinin müzakirəsi bu səfəri ortaya çıxardı. Rusiya Trans-Xəzərlə çox maraqlanır və bu qaz kəmərinin tikilməsinin əleyhinə olduğunu dəfələrlə bildirib. Lavrovun Bakıda bu məsələyə toxunacağı və Rusiyanın mövqeyini bir daha Azərbaycanın nəzərə çatdıracağı istisna deyil. Çünki bu məsələdə açar rolunu Azərbaycan oynayır. Buna görə də Lavrov Azərbaycana həm müəyyən şirnikdirici vədlər, həm də təlqinedici təkliflər verə bilər. Səfərin digər bir səbəbi isə NATO-nun baş katibi Stoltenberqin Gürcüstana gəlişi ilə bağlıdır. Moskva hazırda bundan çox narahatdır. Çünki baş katibin Azərbaycana səfəri haqqında da məlumatlar dolaşır. Yəni Rusiya NATO-nun təsir dairəsinin Cənubi Qafqazda artmasından ehtiyat edir”.
Politoloqun sözlərinə görə, xarici işlər nazirləri səviyyəsində baş tutacaq görüşdə 7 rayonun qaytarılması əsas müzakirə mövzusu olacaq:
“Lavrovun Azərbaycana səfəri daha çox Rusiyanın geostrateji maraqları ilə bağlıdır. Moskva maraqlarının praktiki həllində Bakının nüfuzundan və bölgədəki mövqeyindən istifadə etməyə çalışır. İndiki zamanda Azərbaycanın xarici siyasəti Türkiyə və Türkmənistanla birlikdə çox ciddi məsələlərə köklənib. Rusiyanın Azərbaycanla bağlı maraqları kifayət qədərdir. Moskva bunları reallaşdırmaq üçün ilk növbədə Bakının maraqlarını nəzərə almalıdır. Buna görə də Azərbaycan Dağlıq Qarabağ və 7 rayonun qaytarılması məsələsinin praktik həllinin intensivləşməsini rus nazirin diqqətinə bir daha çatdıracaq”.
Qeyd edək ki, avqustun 28-də Türkiyə, Azərbaycan və Türkmənistan Xarici İşlər nazirlərinin Antalyada üçtərəfli görüşü keçirilib. Sentyabrın 1-də isə Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycana işgüzar səfəri gözlənilir.
- See more at: http://axar.az/news/63286#sthash.NlNGcS5u.dpuf
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ