Mobil versiya
“Geyimimə ayda 60 min xərcləyirəm”- Rəqsanənin qızı
Tarix: 01-09-2015 | Saat: 16:17
Bölmə:Dünya / Aia TV / Karusel | çapa göndər

“Geyimimə ayda 60 min xərcləyirəm”- Rəqsanənin qızı
01.09.15 | 14:04 | Xəbər 2895 dəfə oxunub


Müğənni Rəqsanə İsmayılovanın modelyer qızı Aysun geyimlərinin qiymətindən danışıb.


Aia.az axşam.az-a istinadən xəbər verir ki, o, geyimlərə ayda 60 min xərclədiyini qeyd edib:

“Ancaq brendlərdən geyinərəm. Ayda 60 minə qədər geyimə pul verirəm. Çünki hansısa mağazaya girəndə 1 libasla kifayətlənmirəm. Çox paltar alıram. Aksessuarlarımı həmişə anam alır. Qarderobumda ən çox yeri bahalı ayaqqabılar tutur. Hətta bir dəfə çox sadə bir ayaqqabıya 5600 manat vermişəm. Xərclədiyim pula heç vaxt heyfslənmirəm. Hərdən ucuz paltarlar da geyinə bilərəm. Məsələn, hazırda əynimdə olan paltarlar o qədər də bahalı deyil".

A.İsmayılova əyin-başına xərclədiyi məbləği də açıqlayıb:

Pencək – 70 manat

Top – 15 manat

Şalvarım öz zövqümlə tikilib – 100 manat xərcim çıxıb

Ayaqqabı – 300 manat

Boyunbağı anamın hədiyyəsidir.

Üzüyüm isə bahalı bir brenddəndir.

A.İsmayılova yaxın günlərdə aparıcılıq edəcəyini də bildirib:

“Dəblə bağlı bir veriliş hazırlanır. Aparıcısı özüm olacam. Geniş məlumat verə bilmirəm, icazə yoxdur. Amma xarici, türk və yerli məşhurlarımız qonaq olacaq. Hətda evlərə də qonaq gedəcəm".





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə