Mobil versiya
Gözlənilən QƏRAR VERİLDİ! Tələbələrə ŞAD XƏBƏR - VİDEO
Tarix: 12-08-2016 | Saat: 12:14
Bölmə:Təhsil | çapa göndər



Universitetini dəyişmək istəyən tələbələrin işi asanlaşdı
Artıq digər ali təhsil müəssisəsinə köçürülməsini istəyən tələbələr qapı-qapı universitetləri dolaşmayacaq. Proses sadələşdirildi. Tələbələrin bir ali məktəbdən digərinə köçürülməsi artıq, elektron qaydada həyata keçiriləcək. Transfer.edu.az portalına müraciət edənlər keçmək istədiyi ali təhsil müəssisəsini seçərək tələb olunan məlumatları daxil edəcək. Daha sonra Təhsil Nazirliyi köçürülmənin meyarlara uyğunluğunu müəyyənləşdirəcək.

Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Vəliyevin sözlərinə görə, bu dəyişiklik yalnız eyni qruplar üzrə aparıla bilər: "1-ci ixtisas qrupları üzrə oxuayan tələbə 3-cü qrup üzrə ixtisası seçə bilməz".

Tələbələrin bir ali təhsil müəssisəsindən digərinə transferi və ya ixtisasını dəyişməsi qış və yay tətili dövründə mümkün olacaq. Burada əsas məsələ isə tələbənin qəbul imtahanında topladığı baldır. Yəni istənilən tələbə topladığı bal imkan verərsə öz universitet və ixtisasını dəyişə bilər. Xaricdə yerləşən ali məktəb filiallarından ölkə daxilindəki universitetlərə transfer isə mümkün olmayacaq.

Bu yay tətilində transfer olmaq və ya ixtisasını dəyişmək istəyən tələbələr üçün sənəd qəbulu isə avqustun 10-dan sentyabrın 5-dək aparılacaq





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə