Mobil versiya
Pakistanda partlayış nəticəsində azı 35 nəfər ölüb, onlarla insan yaralanıb
Tarix: 31-07-2023 | Saat: 18:58
Bölmə:Özəl | çapa göndər

Pakistanda partlayış nəticəsində azı 35 nəfər ölüb, onlarla insan yaralanıb

AİA.Az BBC-yə istinadən xəbər verir ki, Pakistanda siyasi partiyanın təşkil etdiyi mitinqdə törədilən partlayış nəticəsində azı 35 nəfər ölüb.

Nəşrin məlumatına görə, onlarla insan yaralanıb.

İnsident Camiat Ulema-e-Islam-Fazli (JUI) partiyasının toplantı keçirdiyi Bəcaur rayonunda baş verib.

Pakistan rəsmiləri ölənlərin sayının arta biləcəyini deyirlər.

Yaralılara kömək etmək üçün xilasetmə əməliyyatı aparılır, polis hələlik partlayışın səbəbini müəyyən etməyib.

Mətbuatın yazdığına görə, yaralıların çoxluğu səbəbindən ağır yaralıların bəziləri klinikaların dəhlizlərində gözləməli olurlar.

Hakimiyyət rayon xəstəxanasında fövqəladə vəziyyət elan edib.

Yerli rəsmilər partlayışda ölənlər arasında “Camiat Ulema-e-Islam-Fazl”ın regional lideri Mövlana Ziaulanın da olduğunu bildirib.

Sübhan Məmmədov
AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025