Ana Sayfa > Özəl > Pakistanda partlayış nəticəsində azı 35 nəfər ölüb, onlarla insan yaralanıb
Pakistanda partlayış nəticəsində azı 35 nəfər ölüb, onlarla insan yaralanıb31-07-2023, 18:58. Yazar: sevinc1 |
AİA.Az BBC-yə istinadən xəbər verir ki, Pakistanda siyasi partiyanın təşkil etdiyi mitinqdə törədilən partlayış nəticəsində azı 35 nəfər ölüb. Nəşrin məlumatına görə, onlarla insan yaralanıb. İnsident Camiat Ulema-e-Islam-Fazli (JUI) partiyasının toplantı keçirdiyi Bəcaur rayonunda baş verib. Pakistan rəsmiləri ölənlərin sayının arta biləcəyini deyirlər. Yaralılara kömək etmək üçün xilasetmə əməliyyatı aparılır, polis hələlik partlayışın səbəbini müəyyən etməyib. Mətbuatın yazdığına görə, yaralıların çoxluğu səbəbindən ağır yaralıların bəziləri klinikaların dəhlizlərində gözləməli olurlar. Hakimiyyət rayon xəstəxanasında fövqəladə vəziyyət elan edib. Yerli rəsmilər partlayışda ölənlər arasında “Camiat Ulema-e-Islam-Fazl”ın regional lideri Mövlana Ziaulanın da olduğunu bildirib. Sübhan Məmmədov AİA.Az Geri dön |