Mobil versiya
Şöbə müdiri: “Bütün ciddi media subyektləri məlumatlarını Media Reyestrinə daxil ediblər”
Tarix: 20-07-2023 | Saat: 11:07
Bölmə:Manşet / Media | çapa göndər

Şöbə müdiri:

“Azərbaycanın bütün ciddi media subyektləri məlumatlarını media reyestrinə daxil ediblər”.

aia.az-ın xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) şöbə müdiri Natiq Məmmədli MEDİA, Audiovizual Şura və Mətbuat Şurasının təşkilatçılığı ilə Milli Mətbuatın 148 illiyi münasibətilə “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, ötən ilin oktyabrında Media Reyestri fəaliyyətə başlayıb:

“Azərbaycanın bütün ciddi media subyektləri məlumatlarını Media Reyestrinə bəyan ediblər. Bu proses artıq yekunlaşıb. Media sahəsində islahatların əsas məqsədi bu sahənin inkişafına nail olmaqdır. Bu proses davamlı xarakter daşıyacaq. Media sahəsində islahatlar yeni imkanlar və yeni fürsətlər deməkdir”./report

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə