Ana Sayfa > Manşet / Media > Şöbə müdiri:
Şöbə müdiri:20-07-2023, 11:07. Yazar: sevinc1 |
“Azərbaycanın bütün ciddi media subyektləri məlumatlarını media reyestrinə daxil ediblər”. aia.az-ın xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) şöbə müdiri Natiq Məmmədli MEDİA, Audiovizual Şura və Mətbuat Şurasının təşkilatçılığı ilə Milli Mətbuatın 148 illiyi münasibətilə “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda keçirilən konfransda deyib. O bildirib ki, ötən ilin oktyabrında Media Reyestri fəaliyyətə başlayıb: “Azərbaycanın bütün ciddi media subyektləri məlumatlarını Media Reyestrinə bəyan ediblər. Bu proses artıq yekunlaşıb. Media sahəsində islahatların əsas məqsədi bu sahənin inkişafına nail olmaqdır. Bu proses davamlı xarakter daşıyacaq. Media sahəsində islahatlar yeni imkanlar və yeni fürsətlər deməkdir”./report aia.az Geri dön |