18 iyul 2023-cü il Gündüz Əliyevin dünyaya gəldiyi günüdür
Tarix: 18-07-2023 | Saat: 09:55
Bölmə:Özəl | çapa göndər
Millətin qürur yeri
Gündüz Etibar oğlu Əliyev özünü Vətən ,torpaq yolunda fəda edəndə ömrünün 18 ilinə hələ təzə qədəm qoymuşdu. Həyatın bu qısa vaxtında insanlığın zinəti sayılan saf və ülvi dəyərləri parlaq xarakterində cəmləyən yeniyetmə ikinci Qarabağ döyüşündə göstərdiyi qəhrəmanlıqla yaşının çərçivəsinə sığmayan bir tarix yazdı. Bu, hünər Lerik rayonunun ucqar dağ kəndi Lodada dünyaya göz açan Gündüz Əliyevi bütün Azərbaycana tanıtmaqla, millətin qürur yerinə döndərdi.
Erməni dığaların Azərbaycanın ulu, müqəddəs yurd yerləri olan Qarabağ torpaqlarına təcavüzü orta məktəbdə oxuduğu zaman Gündüzü narahat edirdi. Odur ki, 2020-ci ilin aprel çağırışında Milli Ordu sıralarına yola düşəndə ürəyində bir istək vardı: nəyin bahasına olursa-olsun mənfur düşməndən qisas almalı. Qəlbi sevdalı lerikli balası Tərtərdə Vətən torpaqlarının keşiyini çəkir. Yaxşı döyüş qabiliyyətinə malik olmaqdan ötrü ilk gündən hərbi hissənin bütün əməliyyat təlimlərində fəal iştirak edir. Əsgər yoldaşları, komandirləri tərəfindən cəsur, mərd, ləyaqətli vətəndaş kimi tanınır.
İgid əsgər Gündüzün düşmənlə ilk vuruş meydanı Tovuz döyüşləri olur. Dığalara layiqli cavab verməklə bir qədər Vətən eşqli ürəyi rahatlıq tapır və qarşıdan gələn böyük zəfəri gözləyir...
Vətən müharibəsi başlayan gündən Gündüz yağı düşmənə yenə qalib gəlmək istəyi ilə odun-alovun içində öndə döyüşür. Qarabağ torpaqlarının qarış-qarış azad olmasında böyük fədakarlıq nümunəsi göstərir. Ağır məqamlarda yaralı döyüş yoldaşlarını da müharibə meydanından çıxarmağı bacarır. 30 sentyabrda Hadrut istiqamətində gedən döyüşlərdə Vətənin şərəfini, torpağın qürurunu uca tutmaqla şəhidlik zirvəsinə ucalır. Qarabağın mətin, xilaskar qəhrəman oğlu kimi tarixin yaddaşında iz qoyur.
Bəli, indi milyonların dilində ən əziz kəlmə Gündüzün adıdır. Ölümündən sonra layiq görüldüyü “Vətən uğrunda”, “İgidliyə görə” medalları dövlətin də öz qəhrəman oğluna sədaqətindən irəli gəlir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025