Mobil versiya
Qlobal çağırış
Tarix: 08-07-2023 | Saat: 21:12
Bölmə:Özəl | çapa göndər

Qlobal çağırış

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə Hərəkata sədrliyi dövründə Azərbaycanın prioritetlərindən danışıb.
Ehtiyacı olan ölkələrə yardım göstərilməsinin Azərbaycanın sədrliyinin prioritetlərindən biri olduğunu deyən dövlətimizin başçısı Azərbaycanın əksəriyyəti QH-yə üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərdiyini, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verdiyini, həmçinin beş ölkəni peyvəndlə təmin etdiyimizi bildirib.
Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan etdiyini xatırladan Prezident İlham Əliyev Azərbaycanın ilk donor kimi hər iki çağırış üçün 1 milyon ABŞ dolları ayırdığını diqqətə çatdırıb.
İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü keçirildi. Hər bir beynəlxalq əhəmiyyətli tədbir iştirakçı, ən əsası ev sahibliyi edən ölkənin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayaraq keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur.
Dövlət başçısı İlham Əliyev tədbirdəki çıxışında Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının fəaliyyətindən, pandemiya ilə mübarizədə Hərəkatın qlobal həmrəyliyə və əməkdaşlığa çağırışlarından, Azərbaycanın üzv dövlətlərə göstərdiyi humanitar və maliyyə yardımlarından danışaraq bu məqamı da xüsusi qeyd etdi ki, Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi. Ehtiyacı olan ölkələrə yardım göstərmək Azərbaycanın sədrliyinin prioriteti idi. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib. Ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verib. Azərbaycan, həmçinin beş ölkəni peyvəndlə təmin etmişik.
Azərbaycan postpandemiya dövrü haqqında da düşünməli oldu. Belə ki, cari ilin mart ayında Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirildi. Dövlət başçısı İlham Əliyev Sammitdə, həmçinin Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan etdi. Azərbaycan ilk donor kimi hər iki çağırış üçün bir milyon ABŞ dolları ayırdı.
Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi dünyada ədalətin, beynəlxalq hüququn bərpa olunmasıdır. Ölkəmizin hər bir təşəbbüsünün beynəlxalq dəstək qazanması Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqləyir.
Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilir. Bu gün də davam edəcək görüşdə Hərəkata üzv ölkələrin xarici işlər nazirləri və digər rəsmi şəxslər iştirak edirlər. Danılmaz faktdır ki, son illər, xüsusilə Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı daha da inkişaf edib, güclənib, beynəlxalq problemlərin həllində rolu artıb, eyni zamanda dünyada nüfuzu yüksəlib. Azərbaycan 2019-cu ildən Qoşulmama Hərəkatının (QH) üzv ölkələrinin yekdil qərarı ilə üç il müddətinə hərəkata sədrlik etməyə başlayıb. Ötən müddət ərzində ölkəmizin QH-nın sədri olaraq göstərdiyi fəaliyyət, irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları ilə daim Hərəkatın inkişafına, söz sahibinə çevrilməsinə böyük töhfələr verir. Hazırda Qoşulmama Hərəkatı qlobal məsələlərin müzakirə edildiyi platforma kimi diqqətdədir. Azərbaycanın təşəbbüsləri, atdığı addımlar bütün üzv dövlətlər tərəfindən müsbət qarşılanıb və təqdir edilib. Bunun nəticəsi olaraq Azərbaycanın Hərəkatda sədrliyi daha bir il uzadılıb.
Azərbaycan özü də pandemiya ilə mübarizədə olmasına, Vətən müharibəsi aparmasına baxmayaraq, ehtiyacı olan dövlətlərin yanında oldu, 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərdi. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə qeyd etdiyi kimi, Hərəkata sədrliyi dövründə Azərbaycanın əsas prioritetləri sırasında ehtiyacı olan ölkələrə yardım göstərilməsi olub. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan əksəriyyəti QH-yə üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVİD-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verib. Həmçinin, beş ölkəni peyvəndlə təmin edib. Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan etdiyini xatırladan Prezident İlham Əliyev Azərbaycanın ilk donor kimi hər iki çağırış üçün 1 milyon ABŞ dolları ayırdığını da diqqətə çatdırıb.
Dövlət başçısı 2021-ci ildə Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda çıxışı zamanı Hərəkata üzv dövlətlərin artıq təsisatlanma ideyası üzərində düşünmələrinin vacibliyini qeyd edib. Bu istiqamətdə də Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi səmərəli addımlar ataraq önəmli nəticələr qazanıb.
Eyni zamanda, Hərəkatın Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin nailiyyətlərindəndir. Hazırda isə Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində iş aparılır.
Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyünün, daha sonra isə sədrliyinin ölkəmiz üçün böyük töhfələri oldu. 2021-ci ildə Azərbaycanın 155 ölkənin səsini əldə edərək BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsində QH ölkələrinin dəstəyi də öz rolunu oynayıb. QH üzv ölkələri Azərbaycanın ədalətli mövqeyinə dəstək verib. Xüsusilə Vətən müharibəsi dövründə, 2020-ci ildə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş bəyanatın qarşısı 7 QH ölkəsi tərəfindən alındı. 2022-ci ildə də oxşar hadisə baş verdi. Azərbaycanın ədalətli mövqeyinin QH ölkələri tərəfindən dəstəklənməsi bir tərəfdən onların beynəlxalq hüquqa münasibətlərindən irəli gəlirsə, digər tərəfdən beynəlxalq müstəvidə etibarlı tərəfdaş imici qazanmış ölkəmizi dəstəkləmək istəyini ifadə edir.
Torpaqlarımızın işğaldan azad olunmasından sonra dövlətimizin başçısı QH üzvlərinə ölkəmizin üzləşdiyi yeni çağırışlar – dağıntılar, mina, ərazilərin bərpası, itkin düşmüş şəxslər problemi barədə məlumat verib. Prezident İlham Əliyev Qoşulmama Hərəkatına üzv ölkələrin bir hissəsinin mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifi ilə çıxış edib.
Beləliklə, yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı yeni bir dönəmə qədəm qoydu, beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi. Bu gün QH multilateralizm nümunəsi kimi qəbul edilir. Bütün bunlara isə QH sədrlik edən İlham Əliyevin apardığı ədalət prinsiplərinə, tolerant, multikultural dəyərlərə əsaslanan siyasət, həmrəyliyin gücləndirilməsi və birləşdirici təşəbbüslər sayəsində nail olunub.

Zərinə Hümbətova,
Azərbaycan Dövlət Pedaqoji Universiteti, YAP üzvü, Nəsimi rayon gənci



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-07-2025