Mobil versiya
"Rusiya tərəfi Azərbaycanın tələbini yerinə yetirdi" - Deputat
Tarix: 10-10-2025 | Saat: 11:52
Bölmə:Karusel / Parlament | çapa göndər

"Rusiya tərəfi Azərbaycanın tələbini yerinə yetirdi" -

"Prezident İlham Əliyevin Tacikistanda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü oldu. Azərbaycan-Rusiya münasibətləri hər zaman yüksək olub. Münasibətlərin pisləşməsinə görə məsuliyyəti məhz Rusiya tərəfi daşıyırdı".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin ötən dövrdə apardığı məhz prinsipial və qətiyyətli siyasət nəticəsində Azərbaycan daha bir məqsədinə nail oldu:

"Rusiya tərəfi Azərbaycanın tələbini yerinə yetirdi. Bu həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın növbəti böyük uğurudur".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-10-2025