Mobil versiya
İlham Əliyev Emoməli Rəhmonla görüşdü - YENİLƏNİB
Tarix: 10-10-2025 | Saat: 11:01
Bölmə:Manşet / Siyasət | çapa göndər

İlham Əliyev Emoməli Rəhmonla görüşdü -

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 10-da Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub.

aia.az xəbər verir ki, söhbət zamanı iki ölkənin dövlət başçılarının Azərbaycanda və Tacikistanda, həmçinin beynəlxalq tədbirlər çərçivəsində görüşləri məmnunluqla xatırlandı, yüksəksəviyyəli qarşılıqlı səfərlərin müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi işinə verdiyi töhfəyə toxunuldu.

MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasının aktual məsələlərin müzakirəsinə yaxşı imkan yaratdığı qeyd edildi.

Görüşdə Azərbaycan və Tacikistan prezidentləri əlaqələrimizin uğurla inkişaf etdiyini vurğuladılar və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi apardılar.



***

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 10-da Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub.

aia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-10-2025