Mobil versiya
Azərbaycan Türk dünyasında birliyi gücləndirir - Deputat
Tarix: 10-10-2025 | Saat: 11:59
Bölmə:Karusel / Parlament | çapa göndər

Azərbaycan Türk dünyasında birliyi gücləndirir -

Türk Dövlətləri Təşkilatı (TDT) artıq yalnız əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır.

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ceyhun Məmmədov bildirib.

Deputat qeyd edib ki, bu prosesə ən çox töhfə verən ölkələrdən biri məhz Azərbaycandır:

“Prezident İlham Əliyev çıxışında ortaq tarix və etnik köklərin, həmçinin dillərin türk dünyasını bir ailə kimi birləşdirdiyini vurğuladı. Eyni zamanda, TDT-yə üzv ölkələrin Azərbaycanda birgə hərbi təlimlərinin keçirilməsini təklif etdi. Bu təşəbbüs gələcəkdə türk dövlətlərinin ordularının döyüş qabiliyyətinin artırılması və təhlükəsizliyinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-10-2025