Mobil versiya
İdxal olunan toyuq ətləri tam yoxlamadan keçməyib
Tarix: 08-08-2016 | Saat: 10:20
Bölmə:Gündəm | çapa göndər

İdxal olunan toyuq ətləri tam yoxlamadan keçməyib

Baytarlıq Nəzarəti Xidməti: “Səhiyyə Nazirliyinin əmrində toyuq əti və budlarında nəmliyin kütlə payının yoxlanılması nəzərdə tutulmayıb”

Bir sıra kütləvi informasiya vasitələrində Ukraynadan gətirilən “Katkut” və “Ular” adlı dondurulan toyuq əti və budlarına normadan artıq suyun vurulması və keyfiyyəti barədə məlumatlar yayılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Bakunews.az-a bildirib ki, bununla əlaqədar olaraq idxal edilən bütün heyvandarlıq və quşçuluq məhsullarına ciddi nəzarət olunur. Dövlət Xidmətinin Respublika Baytarlıq Laboratoriyasında gətirilən hər bir məhsul ”Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər”inə uyğun olaraq müvafiq laboratoriya müayinələrindən keçirildikdən, qida üçün baytarlıq-sanitariya cəhətdən yararlı olması müəyyən edildikdən sonra satışına icazə verilir. O cümlədən Ukraynadan gətirilən “Katkut” və “Ular” adlı dondurulmuş toyuq əti və budlarında Səhiyyə Nazirliyinin 30.04.2010-cıı il tarixli 25 saylı əmrinə əsasən ”Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər”ə uyğun olaraq müayinələr aparılıb. Həmin tələblərdə quş ətinin mikrobioloji, toksiki elementlərə, antibiotiklərə, pestisidlərə və radionuklidlərə görə müayinə edilməsi nəzərdə tutulub.“Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər”ində toyuq ətində və budunda nəmliyin kütlə payının yoxlanılması Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən aparılması nəzərdə tutulmayıb.
Respublika Baytarlıq Laboratoriyasında mikrobioloji, toksiki elementlərə, antibiotiklərə, pestisidlərə və radionuklidlərə görə aparılan müayinələrin nəticəsinə əsasən Ukrayna Respublikasından gətirilən “Katkut” və “Ular” adlı dondurulmuş toyuq əti və budlarının parametrlər normativlərə uyğun olduğu, qida üçün baytarlıq-sanitariya cəhətdən yararlığı müəyyyən edilib. Eləcə də müayinələr zamanı məhsullarda qida üçün təhlükəli olan qarışıqlar aşkar edilməyib. Aparılan müayinələrin nəticələri nəzərə alınaraq Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən həmin məhsulların istifadəsinə icazə verilib.hurriyyet.org



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024