Mobil versiya
Türkiyəyə gedən azərbaycanlıların sayı azalıb
Tarix: 25-06-2023 | Saat: 15:06
Bölmə:Gündəm | çapa göndər

Türkiyəyə gedən azərbaycanlıların sayı azalıb

2023-cü ilin ilin yanvar-may aylarında Türkiyəyə 57 min 885 nəfər Azərbaycan vətəndaşı səyahət edib.

aia.az xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatında qeyd olunub.

Bildirilib ki, statistik rəqəmlər 2022-ci ilin müvafiq dövrünə nisbətən 9 900 nəfər və ya 14,7 faiz azdır. Türkiyəyə gedən azərbaycanlılar bu ölkəyə səfər edən millətlərin 1,29 faizini təşkil edir.

Qeyd edək ki, bu ilin 5 ayında Türkiyəyə ən çox səfər edən Rusiya, Almaniya, İngiltərə, Bolqarıstan və İran vətəndaşlarıdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2025