Mobil versiya
Bakıda qardaşları bıçaqladılar
Tarix: 31-08-2015 | Saat: 13:50
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər

Bakıda qardaşları bıçaqladılar
İdmana məhəbbət qan tökməklə başa çatdı.

Ötən şənbə Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.

Aia.az xəbər verir ki, bu barədə Vesti.Az-a Suraxanı rayon Polis İdarəsindən bildiriblər.

Əmircan qəsəbəsində təxminən saat 22.00-da, Zeynalabdin Tağıyev küçəsində yerləşən 8 saylı yaşayış binasının qarşısında dava düşüb.

Dava nəticəsində 1991-ci il təvəllüdlü İbrahim Rasim oğlu Dadaşov Elşən Şakir oğlu İsrafilov (1985) və Elçin Şakir oğlu İsrafilov (1987) qardaşlarına bıçaq zərbəsi vurub.

Sinəsindən bıçaq yarası alan Elşən İsrafilov 3 saylı Suraxanı xəstəxanasında dünyasını dəyişib. Onun qardaşı isə Topçubaşov adına elmi-cərrahiyyə mərkəzinə köçürülüb.

Dadaşova gəldikdə isə o, polisə gəlib. Davanın nəticəsi faciəvi olmasaydı, səbəbini gülməli adlandırmaq olardı.

Belə ki, qonşular arasında mübahisə Dadaşovun başladığı voleybol oyunu üstündə olub.

Elçin İsrafilov ailəsinin rahatlığını pozan səs-küyə görə narazıçılığını bildirib. Bu sözlər Dadaşovun xoşuna gəlməyib, onlar arasında mübahisə başlayıb. Mübahisə davaya keçəndə Elçin qardaşı Elşəni köməyə çağırıb. Qüvvənin bərabər olmadığını görən Dadaşov bıçağa əl atıb.

Qeyd edək ki, mərhum kiçik qardaşından fərqli olaraq evli deyildi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024