Tələbə qızın idman uğurları davam edir -Foto
Tarix: 22-06-2023 | Saat: 11:25
Bölmə:Özəl / Təhsil | çapa göndər

Lənkəran Dövlət Universitetinin Tarix- coğrafiya və İncəsənət fakültəsinin Sosial iş ixtisası üzrə I tədris ili tələbəsi Könül Vidadi qızı Süleymanova böyük idman uğurlarına yeni-yeni imzalar atır. Tələbə qız 2023-cü ilin yanvarında Italiyada keçirilən paralimpiyaçıların üzgüçülük üzrə dünya kubokunda uğurla yarışaraq 3-cü yeri sahib çıxıb. Könül Süleymanova cari ilin 12 may tarixində Almaniyada keçirilən çempionatda da inamla yarışaraq idmanın bu növü üzrə yüksək uğur qazanmaqla 27 iyul-06 avqust 2023-cü il tarixində Böyük Britaniyanın Mançester şəhərində keçiriləcək dünya çempionatına lisenziyanı özünə təmin edib.
Könül 10 yaşından peşəkar idmanın üzgüçülük növü ilə məşğuldur. İdmanın bu növü üzrə uşaqlar arasında 5 dəfə Azərbaycan çempionu olub, bir neçə dəfə Avropa miqyaslı yarışlarda ölkəmizi uğurla təmsil edərək yüksək nəticələr qazanıb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-02-2025