Mobil versiya
7 iyun Samir Allahverdiyevin doğum günüdür
Tarix: 07-06-2023 | Saat: 10:29
Bölmə:Özəl | çapa göndər

7 iyun Samir Allahverdiyevin doğum günüdür

Vətən oğlunu unutmaz....

44 günlük Vətən müharibəsində  30 il  yağı tapdağına dönən  ulu yurd  yerimiz  Qarabağa  canı, qanı bahasına  azadlıq gətirən oğlanlarımız heç vaxt unudulmaz. Əksinə Vətəninə  sədaqət rəmzi olaraq  zaman-zaman gələn nəsillərə örnək olacaq. Lənkəran elin mərd, igid oğlu Samir Allahverdiyev də  torpaq uğrunda  erməni dığalarına qarşı döyüşərək 19 yaşında şəhid oldu.   Müqəddəs şəhidlik zirvəsindən gələcəyə boylanan  Samir mənən diridir,  millətinə qələbə sevincini  yaşatmaqla   özünə ürəklərdə  əbədi abidə   ucaltmışdır.
7 iyun 2001-ci ildə Lənkəranda anadan olan Samir Elçin oğlu  hələ  şəhər 5 saylı məktəbdə oxuduğu vaxt futbola böyük  maraq göstərir.  İdman həvəskarları onun gözəl onundan həmişə razılıq edir, parlaq gələcəyinə ürəkdən inanırlar.  Azərbaycan  çempionatının  müxtəlif  aşağı   yaş qruplarında  futbol yarışlarına dəvət olunur.   “Xəzər-92”, “Zirvə- Lənkəran” klublarında oynayır.  Saminin yaşıl meydançada olması həmişə onun komandasına qələbə qazandırır.  Gözəl oyunu  ilə seçilə Samirin komandası  dəfələrlə yarışların kubokunu başının üstünə qaldırmışdır.  Özü isə ən yaxşı oyunçu  adına layiq görülmüşdü.  Məhz buna görə də bütün Lənkəran  Samiri sevir, onun gözəl  futbolundan əvəzsiz zövq alırdılar.  Samirin yaşına görə ən böyük uğuru   cənub regionundan   Azərbaycan  yığmasının seçmə yarışlarına dəvəti olur.  Milli komandamızın  tərkibində oynamaq onun ən böyük arzusu idi.  Amma erməni dığaları buna imkan vermədilər.
2019-cu ildə Samir Allahverdiyev həqiqi hərbi xidmətə  çağırılır.    Qarabağın azadlığını  həmişə arzulayan  Samir  özü ilə ürək dolusu Vətənə sevgi, düşmənə nifrət aparır.  Hərbi hissədə  Vətən qarşısında oğulluq borcunu  ləyaqətlə yerinə yetirdiyi üçün  tanınır, sevilir.  Vətənin ağır günündə cəbhə xətində  olmağı özünə şərəf bilir.  Ötən ilin  sentyabrın 27-də   haqq işimiz naminə İkinci Qarabağ  savaşı başlananda da  ölüm-dirim meydanına öndə  gedir.  İgid əsgər Cəbrayılda, Qubadlıda  qələbəyə böyük inamla döyüşür, erməni dığaları onun qarşısında tab gətirə bilmirlər.   22 oktyabr  sonuncu döyüşə çıxır.   Ölümcül yaralansa da,  təslim olmur, son nəfəsinə  qədər mübarizə aparır.  Çoxlu sayda erməni dığasını məhv etməklə şərəfli şəhidlik zirvəsinə ucalır.
 Şəhid oğlunu  daimi ucalıqda,  yüksəklikdə  saxlamaqla dövlətə öz işini görür.  Samir Allahverdiyev  “Vətən uğrunda”, Cəbrayılın və Qubadlının azadlığına görə medallarla  təltif edilir.
Deyirlər ki,  insan həyatının dəyəri  illərlə deyil, Vətənə, xalqa  xidmətlə ölçülür. Samir  Allahverdiyev olduqca qısa bir ömür yaşadı. Qaldı ki,  igid  Vətən oğlu yaşının çərçivəsinə sığmayan qəhrəmanlıqla əbədi etdi.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2024