Ölkədən çıxmaq pullu olacaqdı – Hökumət son anda...
Tarix: 25-10-2026 | Saat: 14:00
Bölmə:Dünya | çapa göndər

Tailand hökuməti ölkəni tərk edən şəxslərdən 1000 bat (30 dollar) məbləğində vergi tutulması planını təxirə salıb.
aia.az xəbər verir ki, qərar turizm sektorunda müsbət dinamikanın qorunması məqsədilə qəbul edilib.
Bu barədə Tailandın maliyyə naziri Ekniti Nitithanpraphat açıqlama verib.
“Biz Vergi Departamenti ilə məsələni müzakirə etdik və hələlik təşəbbüsün həyata keçirilməməsinə qərar verdik. Çünki turizm sektorunun inkişafını davam etdirməsini istəyirik”, – nazir bildirib.
Onun sözlərinə görə, qərara Tailandda keçirilən Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun iclasları ilə bağlı müsbət rəylər, eləcə də Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatına (APEC) üzv ölkələrin vətəndaşlarının səyahətlərinə maraq təsir göstərib.
Bundan başqa, Yaxın Şərqdəki vəziyyətin enerji daşıyıcılarının qiymətlərinə və aviaşirkətlərin fəaliyyətinə təsiri də nəzərə alınıb. Yeni verginin tətbiqi səyahətçilər və biznes üçün əlavə maliyyə yükü yaradacaqdı.
Qanun layihəsi üzrə ictimai müzakirələr oktyabrın 29-dək davam edəcək.
Layihəyə əsasən, ölkəni hava nəqliyyatı ilə tərk edənlər üçün baza vergi məbləği 1000 bat (30 dollar), qanunvericilikdə nəzərdə tutulan maksimum hədd isə 5000 bat (150 dollar) təşkil edir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-10-2026
24-10-2026
23:54 “Neftçi” xal itirdi