Qubadlı – Zəfərin və yenidən dirçəlişin ünvanı
Tarix: 25-10-2026 | Saat: 14:38
Bölmə:Siyasət / Ölkə | çapa göndər

Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və özünəməxsus təbiət gözəlliklərinə malik bölgələrindən biri olan Qubadlı şəhəri xalqımızın yaddaşında həm ağrılı tarixi hadisələrin, həm də milli iradənin, sarsılmaz əzmin və Böyük Qələbənin rəmzi kimi xüsusi yer tutur. Qubadlı Şəhəri Günü bu qədim yurdun tarixini yad etmək, onun azadlığı uğrunda mübarizə aparan qəhrəmanlarımızı ehtiramla anmaq və doğma torpaqlarımızın gələcəyinə inamı bir daha ifadə etmək baxımından mühüm əhəmiyyət daşıyır.
Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, şəhər və kəndlərimiz dağıntılara məruz qalmış, minlərlə sakin doğma yurdunu tərk etmək məcburiyyətində qalmışdı. Uzun illər ərzində qubadlılılar Vətən həsrəti ilə yaşasalar da, doğma torpaqlarına qayıdacaqlarına olan inamlarını itirmədilər. Onların qəlbində Qubadlının azad olunacağına, şəhərin yenidən qurulacağına və həyatın öz axarına qayıdacağına dair ümid daim yaşadı.
Azərbaycan dövlətinin məqsədyönlü siyasəti, güclü iqtisadiyyatı, müasir və qüdrətli Ordusu, xalqımızın birliyi sayəsində bu ümid gerçəyə çevrildi. 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpasına aparan yolun əsas mərhələlərindən biri oldu. Oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsi Azərbaycan tarixinin şanlı səhifəsinə çevrildi. Bu qələbə yalnız ərazi bütövlüyümüzün bərpası baxımından deyil, həm də onilliklər boyu yurd həsrəti ilə yaşayan insanların mənəvi qələbəsi kimi böyük əhəmiyyət daşıyır.
Qubadlı uğrunda gedən döyüşlər Azərbaycan əsgərinin qəhrəmanlığını, peşəkarlığını və Vətən sevgisini bütün dünyaya nümayiş etdirdi. Şəhərin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların fədakarlığı bu gün azad torpaqlarımızda aparılan quruculuq işlərinin, gələcəyə yönəlmiş inkişaf strategiyasının mənəvi təməlini təşkil edir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Qubadlıda infrastrukturun yenilənməsi, yaşayış məntəqələrinin bərpası, yolların çəkilməsi və sosial obyektlərin yaradılması doğma yurda qayıdışın təmin olunmasına xidmət edir. Bu proses təkcə dağıdılmış şəhərin yenidən qurulması deyil, həm də insanların öz doğma torpaqlarında təhlükəsiz, layiqli və firavan həyat sürməsi üçün yeni imkanların yaradılmasıdır.
Qubadlının dirçəlişi Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi quruculuq siyasətinin, milli həmrəyliyinin və gələcəyə inamının aydın təzahürüdür. Hər bir bərpa olunan küçə, salınan yol və tikilən bina xalqımızın iradəsini, dövlətimizin gücünü və tarixi torpaqlarımıza bağlılığımızı nümayiş etdirir. Doğma yurda qayıdış isə uzun illər davam edən həsrətin sona çatması, ailələrin öz ata-baba ocaqlarına qovuşması deməkdir.
Qubadlı Şəhəri Günü həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, tarixi yaddaşın qorunması və Zəfər salnaməmizin gələcək nəsillərə çatdırılması baxımından əlamətdardır.
Qubadlı bu gün dağıntılardan dirçəlişə, həsrətdən qovuşmağa, işğaldan azadlığa uzanan tarixi yolun rəmzidir. Onun yenidən qurulması Azərbaycanın gücünün, xalqımızın sarsılmaz iradəsinin və milli birliyinin təcəssümüdür. İnanırıq ki, Qubadlıda həyat daha da canlanacaq, şəhərin tarixi siması bərpa olunacaq və doğma torpağına qayıdan sakinlər burada yeni, firavan gələcək quracaqlar.
Qubadlı Şəhəri Günü mübarək! Qubadlının azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, onların qəhrəmanlığı isə gələcək nəsillər üçün əbədi örnək olacaq.
Lalə İskəndərova,
YAP Qusar rayon təşkilatının məsləhətçisi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-10-2026
24-10-2026
23:54 “Neftçi” xal itirdi