Məktəb direktoru şagirdin saçını yolub?
Tarix: 25-10-2026 | Saat: 18:59
Bölmə:Təhsil | çapa göndər

Samux rayonunda Alabaşlı qəsəbə tam orta məktəbin direktorunun şagirdə qarşı fiziki zorakılıq göstərdiyi iddia olunur.
Alabaşlı qəsəbə sakini Vəliyev Ceyhun Zirəddin oğlu iddia edir ki, qızı, 7-ci sinif şagirdi Vəliyeva Nəzrin Ceyhun qızı məktəbin direktoru Vüsalə Hüseynovanın fiziki şiddətinə məruz qalıb. Valideynin sözlərinə görə, hadisə oktyabrın 8-də baş verib. O, direktorun qızının geyiminə irad bildirdiyini, daha sonra isə uşağa qarşı kobud rəftar etdiyini və valideynə məlumat vermədən onu məktəbdən uzaqlaşdırdığını bildirir.
Musavat.com-a müraciət edən valideynin sözlərinə görə, hadisəyə səbəb qızının məktəbli formasının üzərindən əlavə geyim geyinməsi və qulağında sırğa olmasıdır.
Ceyhun Vəliyev bildirir ki, ailəsinin maddi vəziyyəti ağırdır, himayəsində dörd uşaq var və özü ikinci qrup əlildir. Onun sözlərinə görə, qızının geyimi ilə bağlı problem yaranmışdısa, məktəb rəhbərliyi valideynlə əlaqə saxlamalı və məsələni onun iştirakı ilə həll etməli idi.
Valideyn iddia edir ki, direktor qızının saçından tutub, onu silkələyib və qolunu sıxıb. O, uşağın qolunda göyərmə və ləkələr gördüyünü, qızının isə hadisədən sonra özünü pis hiss etdiyini deyir.
“Uşağımı məktəbə sağ-salamat göndərmişəm. Mən valideynəm, əgər övladımın hansısa problemi varsa, məni çağırın, deyin, mən də tədbir görüm. Uşağım səhv edirsə, bunu mənə bildirin. Amma valideynə xəbər vermədən uşağa qarşı belə rəftar etmək olmaz”, - deyə Ceyhun Vəliyev bildirir.
Onun sözlərinə görə, qızının hər iki bud-çanaq oynağında problem var. Valideyn iddia edir ki, hadisədən sonra evə göndərilərkən uşağın halı pisləşib və o, dəmir yolu ərazisində yıxılıb. Ceyhun Vəliyev qızının qolundan xəsarət aldığını, boynunun arxa hissəsində ağrılar olduğunu və tibbi müayinələrdən keçməli olduğunu söyləyir.
Valideyn əvvəlki tədris ilində də qızının məktəbdə problemlə üzləşdiyini, lakin həmin vaxt məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmədiyini deyir. O, məktəb rəhbərliyindən baş verənlərə aydınlıq gətirilməsini və uşağa qarşı rəftarın səbəbinin izah olunmasını tələb edir.
Ceyhun Vəliyev başqa şagirdlərin də hadisə günü məktəbdə bir otağa yığıldığını və qapının bağlandığını iddia edir. Onun sözlərinə görə, bu məsələ də araşdırılmalıdır.
“Hamımız insanıq. Maddi imkanım məhduddur, uşaqlarımın ehtiyaclarını qarşılamaqda çətinlik çəkirəm. Məktəbli formasına əlavə geyim geyinməsi və ya sırğa taxması problem idisə, valideynə məlumat verilməli idi. Uşağı cəzalandırmaq əvəzinə bizi çağırıb məsələni izah etmək olardı”, - deyə o vurğulayır.
Musavat.com Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi ilə əlaqə saxlayıb.
Saytımıza bildirilib ki, məsələdən xəbərdardırlar və müraciəti araşdırırlar. Yaxın günlərdə araşdırmanın nəticəsi təqdim olunacaq.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-10-2026
24-10-2026
23:54 “Neftçi” xal itirdi