Ana Sayfa > Özəl > 7 iyun Samir Allahverdiyevin doğum günüdür
7 iyun Samir Allahverdiyevin doğum günüdür7-06-2023, 10:29. Yazar: sevinc1 |
Vətən oğlunu unutmaz.... 44 günlük Vətən müharibəsində 30 il yağı tapdağına dönən ulu yurd yerimiz Qarabağa canı, qanı bahasına azadlıq gətirən oğlanlarımız heç vaxt unudulmaz. Əksinə Vətəninə sədaqət rəmzi olaraq zaman-zaman gələn nəsillərə örnək olacaq. Lənkəran elin mərd, igid oğlu Samir Allahverdiyev də torpaq uğrunda erməni dığalarına qarşı döyüşərək 19 yaşında şəhid oldu. Müqəddəs şəhidlik zirvəsindən gələcəyə boylanan Samir mənən diridir, millətinə qələbə sevincini yaşatmaqla özünə ürəklərdə əbədi abidə ucaltmışdır. 7 iyun 2001-ci ildə Lənkəranda anadan olan Samir Elçin oğlu hələ şəhər 5 saylı məktəbdə oxuduğu vaxt futbola böyük maraq göstərir. İdman həvəskarları onun gözəl onundan həmişə razılıq edir, parlaq gələcəyinə ürəkdən inanırlar. Azərbaycan çempionatının müxtəlif aşağı yaş qruplarında futbol yarışlarına dəvət olunur. “Xəzər-92”, “Zirvə- Lənkəran” klublarında oynayır. Saminin yaşıl meydançada olması həmişə onun komandasına qələbə qazandırır. Gözəl oyunu ilə seçilə Samirin komandası dəfələrlə yarışların kubokunu başının üstünə qaldırmışdır. Özü isə ən yaxşı oyunçu adına layiq görülmüşdü. Məhz buna görə də bütün Lənkəran Samiri sevir, onun gözəl futbolundan əvəzsiz zövq alırdılar. Samirin yaşına görə ən böyük uğuru cənub regionundan Azərbaycan yığmasının seçmə yarışlarına dəvəti olur. Milli komandamızın tərkibində oynamaq onun ən böyük arzusu idi. Amma erməni dığaları buna imkan vermədilər. 2019-cu ildə Samir Allahverdiyev həqiqi hərbi xidmətə çağırılır. Qarabağın azadlığını həmişə arzulayan Samir özü ilə ürək dolusu Vətənə sevgi, düşmənə nifrət aparır. Hərbi hissədə Vətən qarşısında oğulluq borcunu ləyaqətlə yerinə yetirdiyi üçün tanınır, sevilir. Vətənin ağır günündə cəbhə xətində olmağı özünə şərəf bilir. Ötən ilin sentyabrın 27-də haqq işimiz naminə İkinci Qarabağ savaşı başlananda da ölüm-dirim meydanına öndə gedir. İgid əsgər Cəbrayılda, Qubadlıda qələbəyə böyük inamla döyüşür, erməni dığaları onun qarşısında tab gətirə bilmirlər. 22 oktyabr sonuncu döyüşə çıxır. Ölümcül yaralansa da, təslim olmur, son nəfəsinə qədər mübarizə aparır. Çoxlu sayda erməni dığasını məhv etməklə şərəfli şəhidlik zirvəsinə ucalır. Şəhid oğlunu daimi ucalıqda, yüksəklikdə saxlamaqla dövlətə öz işini görür. Samir Allahverdiyev “Vətən uğrunda”, Cəbrayılın və Qubadlının azadlığına görə medallarla təltif edilir. Deyirlər ki, insan həyatının dəyəri illərlə deyil, Vətənə, xalqa xidmətlə ölçülür. Samir Allahverdiyev olduqca qısa bir ömür yaşadı. Qaldı ki, igid Vətən oğlu yaşının çərçivəsinə sığmayan qəhrəmanlıqla əbədi etdi. Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Geri dön |