Mobil versiya
Narkotikin təsiri altında maşın sürənlər üçün YENİ CƏRİMƏLƏR
Tarix: 06-06-2023 | Saat: 15:20
Bölmə:Manşet / Gündəm | çapa göndər

Narkotikin təsiri altında maşın sürənlər üçün

Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

aia.az xəbər verir ki, layihəyə əsasən, narkotikin təsiri altında avtomobil sürənlərin 600 manat cərimələnməsi, sürücülük hüququnun 6 ay məhdudlaşdırılması, narkotikin təsiri altında ictimai nəqliyyat idarə edənlərin sürücülük hüququnun 2 ilədək məhdudlaşdırılması, sürücülük hüququ olmayanlar narkotikin təsiri altında avtomobili idarə etdikdə, onların 800 manat cərimələnməsi, sürücülük hüququ olmayanlar narkotikin təsiri altında ictimai nəqliyyatı idarə etdikdə, onların 6 ayadək inzibati həbs olunması, narkotikin təsiri altında olduqları halda tibbi müayinədən imtina edənlərin sürücülük hüququnun 1 ilədək məhdudlaşdırılması və digər cərimə və cəzalar nəzərdə tutulub.

Qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə